aynure

aynure özünü 😲 təəccüblənmiş hiss edir. Mətbəx 9-11-2021, 16:35

Görnüşüyle valeh eden gül peçeniyesi

Görnüşüyle valeh eden gül peçeniyesi
Ətirli çay və qəhvənin yanına süfrəyə verəcəyiniz qeyri-adi dizaynlı peçenye. Görünüşü, dadı qonaqlarınızı valeh edəcək. görünüşüylə valeh edən gül peçenyesinin reseptini təqdim edir.

Tərkibi:

200 qr otaq temperaturunda yumşaldılmış kərə yağı
100 qr şəkər tozu
1 ədəd yumurta
1/2 çay qaşığı vanil ekstraktı
1/4 çay qaşığı badam ekstraktı
300 qr un
50 qr kakao
çuğundur şirəsi və ya çəhrayı qida boyası
Kremi üçün:

200 qr maskarpone pendiri
2 xörək qaşığı şəkər tozu
Hazırlanma qaydası:

İlk öncə bir qabda kərə yağı, badam ekstraktı ,vanil ekstraktı və yumurtanı miskerlə yaxşıca çırpın. Üzərinə un və duz əlavə edin. Mikserin aşağı sürətiylə çırpın. Xəmiri 3 hissəyə bölün. Bir hissəsinə kakao töküb qarışdırın. İkinci hissəsinə çuğundur şirəsi və ya çəhrayı rəng qida boyası əlavə edib qarışdırın. Xəmiri konditer torbasına doldurun və böyük ulduz başlığı taxın. Yağlı kağız sərilmiş soba sinisinə gül şəkli verərək xəmirdən aralıqlarla düzün. Kakaolu və çəhrayı rəngli xəmirləri də eyni qaydayla gül şəkli verərək siniyə düzün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 5-8 dəqiqə və ya yüngül qızaranadək bişirin. Krem üçün maskarpone pendirini şəkər tozuyla çırpın. Bişən gül peçenyesinin bir hissəsinə krem yaxıb ikinci hissəni birləşdirin. Eyni qaydayla kakaolu və çəhrayı rəngli xəmirləri də kremləyib birləşdirin. Hazır peçenyeləri süfrəyə verə bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
12 12 10 26 17 23

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.