amon

amon Mətbəx 6-11-2021, 02:39

Həm Ləzzətli, Həm də Faydalı Narlı Salat

Həm Ləzzətli, Həm də Faydalı Narlı Salat
Nar ləzzətindən əlavə lif, zülal, C vitamini, K vitamini, folat və kaliumla zəngin bir meyvədir. Antioksidant tərkibi yüksək olan bu meyvənin sağlamlığımıza təsirləri olduqca çoxdur. Bu faydalı nardan salat hazırlaya bilərsiniz. Loading.az narlı salat reseptini təqdim edir.

Tərkibi
3-4 yarpaq kahı
1 dəstə rukola və ya roka
3-4 budaq təzə nanə
3-4 ədəd yaşıl soğan
dənələnmiş yarım nar
7-8 ədəd qoz ləpəsi
2 xörək qaşığı nar siropu
1 xörək qaşığı limon suyu
yarım stəkan zeytun yağı
duz, sitiot


Hazırlanma qaydası: Rukola, kahı yarpağı və nanəni bol suda yuduqdan sonra iri halda doğrayıb salat qabına tökün. Yaşıl soğanı da doğrayıb əlavə edin. Üzərinə nar dənələrini və qoz ləpəsini səpin.

Sousunu hazırlamaq üçün bir qaba zeytun yağı, nar siropu, limon suyu, duz və istiotu töküb yaxşıca çırpın. Salatın üzərinə sousu bərabər miqdarda töküb süfrəyə verin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
20 15 12 14 20 23

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.