XAMLİYON__GÖZƏL

XAMLİYON__GÖZƏL Hekayələr 5-11-2021, 21:27

Darvaza'dan içəri girən it

Darvaza'dan içəri girən it
Xəbərim olmadan həyətə qoca, yorğun it girdi. Xaltasına və kök qarnına əsasən belə düşünmək olardı ki, onun evi vardı və ona yaxşı baxırdılar. İt sakitcə mənə yaxınlaşdı onu sığallayıb ayağa qalxdım, o da mənim arxamca evə daxil oldu. Dəhlizi yavaş-yavaş keçdi, qonaq otağının bir küncündə buruldu və yatdı. Bir saatdan sonra durdu və qapıya yaxınlaşdı. Mən onu həyətə buraxdım.

Növbəti gün o yenə mənim evimin darvazasında idi, mənimlə salamlaşdı, yenidən içəri keçdi, qonaq otağında həminki küncü tutdu və bir saat yatdı. Beləcə bir neçə həftə ardıcıl belə davam etdi. Mənə maraqlı gəldiyi üçün kağıza qeyd yazdım və onun xaltasına sancdım. Qeyddə yazmışdım: “ Bilmək istəyirəm ki bu sevimli itin sahibi kimdir və o bilirmi ki, bu it hər gün mənim evimə yatmağa gəlir?”

Növbəti gün it xaltasına sancılmış başqa bir qeydlə gəldi: “ O altı uşaqlı evdə qalır, uşaqlar balaca olduğundan it doyunca yata bilmir. Olar mən də sabah onunla gəlim?”

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
20 19 11 11 15 18

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.