reklam
Arıqlamaq üçün saatla bölünmüş pəhriz: menyu,rəylər,qidalanma prinsipləri. Arıqlamaq üçün saatla bölünmüş pəhriz: menyu,rəylər,qidalanma prinsipləri. https://loading.az/uploads/posts/2021-11/medium/1635790718_c4e5517f-2ead-405a-b8b5-71b736137875.jpeg
laluna

laluna Sağlamlıq 1-11-2021, 22:20

Arıqlamaq üçün saatla bölünmüş pəhriz: menyu,rəylər,qidalanma prinsipləri.

Arıqlamaq üçün saatla bölünmüş pəhriz: menyu,rəylər,qidalanma prinsipləri.


Qidanı hansı vaxtlarda qəbul etməyimiz maddələr mübadiləsinə,bizim adətən düşündüyümüzdən daha önəmli təsir göstərir. Arıqlama prosesini sürətləndirmək üçün həzm sisteminin işləmə prinsipini öyrənmək və individual qidalanma qrafiki tərtib etmək gərəkdir. Diyetoloqlar yemək zamanı ilə orqanizmin fəallığı arasında olan əlaqəni qeyd edir. İş orasındadır ki,bizim bioloji saatımız,çəkimizi qaydays salmaq üçün necə düzgün qidalanmağın lazım olduğunu bizə deyə bilər. Saathesabı pəhrizdə aclıq hissi sizə işgəncə verməyəcək. Siz bədənin siqnalqarına diqqət edib onları daha yaxşı anlamağı öyrənəcəksiniz.

Saathesabı pəhriz: Qidalanma prinsipləri Qeyd etmək lazımdır ki, saathesabı pəhriz heç də universal metod deyil. Sizin orqanizmin özəllikləri aşağıda göstərilən qrafiklə uyuşmaya bilər. İndividual arıqlama planını yaratmaq üçün ixtisaslaşmış diyetoloqa müraciət etmək yaxşı olar,amma,alimlər həzm sisteminin,əməl edərək funksiyasını yerinə yetirdiyi daha ümümiləşmiş bir qanunauyğunluq aşkar edib.


6:00 – 7:00. Hesab olunur ki,təbii bioritmlər məhz bu vaxtda işləməyə başlayır. Səhər-səhər ac qarına limon sıxılmış ilıq su içmək tövsiyyə olunur. Bu həzm sisteminin işini stimullaşdırır,orqanizmi təmizləyir,mədə-bağırsaq sisteminin işini qaydaya salır.
7:00 – 9:00. Ağır qida qəbul etməyə dəyməz,bu vaxtda o pis həzm olunur. Doyumlu səhər yeməyini yüngül atışdırma ilə əvəz edin.
10:00 – 12:00. Orqanizm tonusdadır və əsas səhər yeməyinə hazırdır. Günün bu vaxtında,bizim günorta yeməyə öyrəşdiyimiz miqdarda qida qəbul etmək icazəlidir.
13:00 – 15:00. Bizim günorta yeməyə öyrəşdiyimiz vaxt,bioritmlərlə uyğun gəlmir. Bu saatlarda orqanizm ağır qidanı həzm etməyə hazır deyil. Yaxşı olar ki,bu vaxt periodunda heçnə yeməyəsiniz.
16:00 – 17:00. Orqanizmdən artıqları qovmaq üçün çoxlu maye qəbuluna üstünlük verin. Təmiz su, təbii şirələr və kompot. 20:00 – 20:30. Şam yeməyi üçün ideal vaxtdır. ”
18:00 -dan sonra yemək olmaz” deyimini unudun. Yüngül yeməklər seçin: kəsmik, qatıq,tərəvəz,balıq .
21:00 – 06:00. 21:00 -dan sonra atışdırmalıq yeməklərdən imtina etmək lazımdır. Orqanizm bu zamanda istirahətə köklənir. Keyfiyyətli yuxu üçün 22:00 -da yataqda olmaq lazımdır. Saathesabı pəhriz: həftəlik menyu Arıqlamaq üçün saathesabı pəhrizdə olarkən kəsir qidalanma haqqında unutmayın. Porsiyalar iri olmamalıdır. Həftəlik pəhriz üçün misal gətiririk. Hər gün belə rasiona əməl etməklə,maddələr mübadiləsini normallaşdıra,artıq kilolardan can qurtara bilərsiniz. Yuxarıda danışdığımız qrafikə əməl etməyi unutmayın.


Bazar ertəsi
Səhər yeməyi: yulaf sıyığı,portağal. İkinci səhər yeməyi: qaynamış toyuq filesi. Günorta: bulyon,xlebec ( marketdə bu adla satılır),soyutma yumurta. Axşam çağı: tərəvəz salatı,meyvə qurusu. Şam: qatıq.

Çərşənbə axşamı
Səhər yeməyi: qarabaşaq sıyığı,kivi. İkinci səhər yeməyi: sobads bişmiş hind toyuğu filesi. Günorka yeməyi: göyərtili sup, pendirli tost. Axşamüstü: vineqret salatı,qoz. Şam : ryajenka.

Çərşənbə
Səhər: düyü sıyığı,armud. İkinci səhər yeməyi: buxarda bişmiş balıq. Günorta: kabaçkili krem-sup,xlebec. Axşamüstü atışdırmalıq: salat,bir ovuc badam. Şam: yoqurt.





Cümə axşamı

Səhər: 2 yumurta omleti,alma. İkinci səhər yeməyi: buxarda bişmiş mal əti kotleti. Günorta: göbələk supu,göyərtili şor. Axşam çağı atışdırmalıq: kələm və xiyarlı salat,keşyu. Şam: prostokvaşa.

Cümə

Səhər: yoqurt və müsli,qreypfrut. İkinci səhər yeməyi: balıq suflesi. Günorta yeməyi: okroşka,qaynamış yumurta. Axşam çağı atışdırmalıq: yunan salatı,qara gavalı. Şam: yoqurt.

Şənbə

Səhər: şor,şaftalı. İeinci səhər yeməyi: qaynamış ət. Günorta: balqabaqlı sup-püre,qara çörək ilə vetçina. Axşam çağı atışdırmalıq: kök və kişmişli salat,qoz. Şam: prostokvaşa.

Bazar

Səhər: kəsmikli güvəc,unsuz,portağal. İkinci səhər yeməyi: kalmar. Günorta: çuğundur soyutma,yumurta. Atışdırmalıq: xiyar-pomidor salatı,meyvə qurusu. Şam: qatıq. Saathesabı pəhriz: rəylər Arıqlayanların rəylərinə istinadən,bir həftəyə 4-5 kq çəki vermək olar. Diyetoloqlar bir həftə pəhriz ilə bir həftə öyrəşdiyiniz rasionu növbələşdirməyi tövsiyyə edir. Təbii ki, düzgün qidalanma çərçivəsindən kənara çıxmamaq şərti ilə. Bir aya 8 kq artıq çəki itirmək olar. Bu pəhriz haqqında rəylərdə,əksər pəhrizlər zamanı müşahidə olunan zəiflik və halsızlığın olmamağı xoş bir haldır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
266 239 218 278 258 264

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.