n2006

n2006 özünü 😊 sevincli hiss edir. Sevgi 1-11-2021, 15:08 Naili Imran - Omrum dinləyir.

İlk sevgi

İlk sevgi
İlklərin sevgisi bir başqa olur… Heç zaman da unudulmur… üstündən necə hadisələr keçsə belə ilk, elə ilk olaraq da qalır…
İlk addım, dediyimiz ilk söz, məktəbə ilk dəfə getdiyimiz gün, institutda ilk günümüz… Hər biri bizim həyatımızın ən özəl anlarıdır…

Amma bir ilk var ki, o daha başqadır bizim üçün… Bu ilk sevgidir… Birinə qarşı ilk dəfə hiss etdiyimiz bir şey. Qəribə bir həyəcan… Duyğularla, düşüncələrlə ifadə edilməyəcək qədər mükəmməl və mürəkkəb, amma yenə də gözəl bir hiss… Kimiləri üçün bu ilk elə son olaraq da qalır… Qarşılarına doğru bir insan çıxdığından sevgini başqasında axtarmağa ehtiyac da qalmır. Bu əsl xoşbəxtlikdir… Kimiləri üçünsə o, həqiqətən də bir ilk olaraq qalır. Amma yaddaşlara elə həkk olunur ki, heç vaxt xatirəndən çıxmır

Sevgi onsuz da gözəl bir hiss, fərqli bir duyğudur. Hələ onu ilk dəfə bir ilə yaşayırsansa, necə unuda bilərsən ki??? Yalansız, saf bir sevgiylə bağlanırsan ona… Həyatda birinin sənin üçün nə qədər önəmli olduğunu başa düşürsən… çalışırsan ki, ona qarşı hisslərini ən gözəl şəkildə ifadə edəsən, sevgini ən gözəl şəkildə yaşayasan… Amma… Amma… O – Tanrının sənin üçün ilk sevgin olaraq göndərdiyi insan bütün həyatını paylaşacağın biri deyilsə, yaşanan hər şey geridə qalır… O keçirdiyin bütün hiss və həyəcanlar yerini qəribə bir hüzünə verir… Amma heç bir zaman unutmayacağın, qəlbinin bir hissəsində ömrünün sonunadək saxlayacağın qəribə bir hüzünə

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
22 22 12 18 12 27

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.