laluna

laluna Maraqlı 31-10-2021, 23:15

AĞLINDAN BELƏ KEÇİRMƏ! UZAQ DURMAQ MƏSLƏHƏT GÖRÜLƏN 6 TİP KİŞİ.

AĞLINDAN BELƏ KEÇİRMƏ! UZAQ DURMAQ MƏSLƏHƏT GÖRÜLƏN 6 TİP KİŞİ.


Hər parlayanı qızıl sanma. ” Mən onu elə sevirdim ki,o isə tənbəl/xəyanətkar/əclaf… imiş”. Çürük beyinli kişicikləri xəyalında qızıllaşdıran qadınlar keçmiş münasibətləri haqqında belə danışır. Çox vaxt zərif cinsin nümayəndələrini hisslər oqədər kor edir ki,asanlıqla uzaq durulası kişilərin toruna düşürlər. Həqiqəti saxtadan necə ayırmaq olar? Kişilərin 6 tipajını təqdim edirik,hansılarla işiniz olmasa yaxşıdır.

1. ” Hər yerə özünü çatdıran” Qadın göz yaşlarının ən böyük səbəbkarlarından biri olan – “qəhrəman sevgili”, “Kazanova” tipajı. Bu tip kişilər asanlıqla ,qadın ürəklərini ardbaard ram edir,lakin ,heç bir qadına qarşı ciddi bağlılığı olmur. Onun ürəyi ölü təbəqə bağlayıb,o son günlərinə kimi bir yataq otağından digərinə keçir. Onu necə tanımaq olar? Xarizmatik,romantik və nazikdir,adətən də yataqda bacarıqlı olur. Psixologiyadan anlayışı var və qadınları zəif nöqtələri ilə manipulyasiya edir. Eyni zamanda da alfons olaraq qadınlardan digər məqsədlər üçün yararlanır.
2. ” Hər şey və hər kəs nəzarət altında” Münasibətlərdə kifayət qədər zəhərlidir,tipajı “tiran”. Bir tərəfdən,bu kişilər qadınları cəlb edir : hər şeyi nəzarətdə saxlayan ,özünə güvənən maço. Onunla güvənli və rahat olursan,ta ki,sizin şəxsi azadlığınıza qarışmayana qədər. Və budur,siz dostlarla görüşə,hobbi kursuna və s. gedərkən ondan icazə alırsınız. Necə tanımalı? O sizin bütün gəlir və xərclərinizi kontrol edir,evdarlığınızı tənqid edir,bütün çatışmaz cəhətlərinizi vurğulayır,kiçik bir əyrilik üstündə qalmaqal qoparır: ” bu duzqabı yalnız burda qalmalıdır!”. Tanışdır belə müraciət? Bir ayağınız var birini də borc götürüb qaçın ondan ,mümkün qədər uzağa.
3. “Hər kəs mənə qarşıdır” Daha bir xoş olmayan kişi tipi .” həmişə ağlayan” , “bacarıqsız”. Patoloji uğursuzluq,ətrafdakıların ona qarşı qurulmuş planı,ulduzların barışmamağı – bu tip kişilər bütün alınmayan işlərinə belə aydınlıq gətirir. Baxmayaraq ki,ondan oyun oynamaq yerinə,sadəcə gedib öyrənmək tələb olunur. Ya da, müdriyyətlə maaşın artırılması haqda söhbət etmək. Amma yox,o situasiyanı dəyişdirməyə cəhd belə etmədən,elə az ilə qane olacaq. Eyni zamanda ,ətrafdakı uğur qazanan insanlara qibtə edib,öz uğursuzluqlarında bütün dünyanı günahlandıracaq. Necə tanımalı? Yaşı 30 -u ötüb ,amma,hələ də valideynləri ilə yaşayır,minimal maaşa baxır,digər iş/gəlir yeri axtarmır. Bütün suallara cavab olaraq isə özünü tərifləyir.

4. ” Mənə belə də yaxşıdır” Yuxarıdakı tipə bənzər “tənbəl ” personaj. Pulsuz,sənətsiz,Məqsədsiz,axın istiqamətində üzən,dünyaya nə üçün gəldiyi haqqında belə fikrə getməyən bir tip. Nağıl qəhrəmanı kimi soba üstündə uzanıb,gücünü yalnız pultun köməyi ilə kanalları cəsarətlə dəyişməyə sərf edir. Necə tanımalı? İşlə bağlı bütün təkliflərdən qaçmaq üçün million bəhanə gətirir. ” Şabaşdan şabaşa” dolanır və ya qohumdan,tanışdan borc alır. Bütün asudə vaxtını (yəni bütün günü) dostlarla piyvə arxasında keçirir.
5. ” Mən necə istəyirəm,elə et” “tiran” tipinə yaxın olan “manipulyator” tipi. Qadın psixologiyasının bilicisi, “isti-soyuq” oynamağı sevən,gah sevgi dolu baxar ,gah da görməzdən gələr. O zərif cinsin nümayəndələrinin fədakarlığından istifadə edərək ,günahkarlıq hissi yaradır. Ayrılıqdan sonra qadına qalan yalnız bir sıra kompleks və axıtdığı sonsuz göz yaşı olur. Necə tanımalı? Sevdiyinizin ilk zəngini açmaqdan ötrü dəli kimi qaçmağınıza cavab olaraq iynəli sözlər eşidirsiniz. Onu necə qane edəcəyinizi bilmirsiniz. Nə etsəniz də,onu kifayət qədər sevmədiyinizi bildirmək üçün bir səbəb tapacaq.

6. ” Mən oqədər şey yaşamışam ki…” Onun əlaqə siyahısı kiçik deyil,və hər birini acı ,tragedik qələmə verir. ” Mən onu dəlicəsinə sevirdim,o isə başqasını seçdi”, ” mən sakit ailə səadətinə ümid edirdim,əlqərəz,dünyagörüşlərimiz üst-üstə düşmədi” və s… Elə hey istəyirsən ki,qucaqlayıb,sevginin var olmasını sübüt edəsən. Tələsməyin. Qarşınızda şəxsi problemlərini qlobal bəxtsizlik altında maskirovka edən kişi var. Daha dərin qazsanız,mütləq ,qadınların ondan qaçmağının səbəbi tapılacaq. Böyük aktrisa Faina Ranevskayanın dediyi kimi, “Kişi ictimayi ayaqyolu kimidir:ya zəbt edilib,ya işləmir ya da p*xla doludur”. Necə tanımalı? Bu tip nümayəndələri artıq yetkin insanlardır. Gözlərində sakit kədər ,mülayim səs,tənhalıqdan yorulmuş,laiqli şəxs olduğuna rəğmən münasibətlərə inamsızlıq kimi əlamətlərl var. Bu tiplərin nümayəndələri ilə istənilən tərzdə ünsiyyət qadına yaxşı heç nə vermir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
31 25 22 17 26 15

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.