amon

amon Mətbəx 31-10-2021, 09:00

10 Dəqiqəyə Unsuz Qozlu Peçenye

10 Dəqiqəyə Unsuz Qozlu Peçenye
Çayın və ya qəhvənin yanına çox vaxt aparmayan, unsuz ləzzətli peçenye hazırlaya bilərsiniz. Loading.Az unsuz qozlu peçenye reseptini təqdim edir.

Tərkibi

2 ədəd yumurta ağı (kiçik yumurta)
1 stəkan (200 ml) şəkər kirşanı
1 stəkan çəkilmiş qoz ləpəsi
1 stəkan çəkilmiş fındıq ləpəsi
yarım çay qaşığı darçın



Hazırlanma qaydası: Bir qabda yumurta ağlarının üzərinə şəkər kirşanı töküb mikserlə yaxşıca çırpın. Üzərinə çəkilmiş qoz ləpəsi və fındıq ləpəsi əlavə edib qarışdırın. Zövqə görə badam ləpəsiylə əvəz edə bilərsiniz. Yumurta böyük olarsa 1 stəkan daha çəkilmiş ləpə əlavə edin. Yarım çay qaşığı darçın da əlavə edib yaxşıca qarışdırın. Əllərinizi suyla isladaraq kütlədən qoz böyüklüyündə kündələr yuvarlayın. Yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Peçenye xəmirinin üzərinə qoz batırın. Bu qaydayla hazırladığının peçenyeləri əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 10-12 dəqiqəyə bişirin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
13 10 17 13 25 18

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.