amon

amon Mətbəx 31-10-2021, 09:00

Toyuq Filesindən Ləvəngi Ruleti

Toyuq Filesindən Ləvəngi Ruleti
Toyuq filesindən ləvəngi ruleti özəl günlərinizdə həm dadıyla, həm də görünüşüylə süfrələrinizi bəzəyəcək. Loading.az dadlı ləvəngi ruletinin reseptini təqdim edir.

Tərkibi:
4 ədəd toyuq filesi
0,5 stəkan qatıq
ağ reyhan tozu
duz, istiot
Ləvəngi üçün:

3 ədəd iri baş soğan
400 qr xırda doğranmış qoz
4 xörək qaşığı alça və ya zoğal turşusu
duz, istiot


Hazırlanma qaydası: Toyuğun sinə hissəsini eninə kəsərək nazikləşdirin. Daha sonra yuyub salfetlə qurulayın. Daha sonra toyuq filesinin üzərinə streç salafan qoyub yüngül döyəcləyin. Bu qaydayla fileləri döyəcləyib bir qaba qoyun. Üzərinə qatıq və ədviyyat əlavə edib 2-3 saatlıq soyuducuya yerləşdirin.

Ləvəngini hazırlamaq üçün soğanı ət maşınından keçirib tənzif arasında sıxın. Daha sonra soğanı az duru yağda 3-4 dəqiqə yüngül qovurun. Bir qabda xırda doğranmış qoz, yüngül qovrulmuş soğan, turşu, duz və istiot əlavə edib qarışdırın. Daha sonra marinə olunmuş sinə ətinin birini götürüb içlikdən qoyub rulet kimi bükün. Bu qaydayla qalan ətləri də büküb yağlı kağız sərilmiş soba sinisinə yerləşdirin. Əvvəlcədən 200-220 dərəcə qızdırılmış sobada bişirin. Bişdikdən sonra iti bir bıçaqla dilimləyərək süfrəyə verə bilərsiniz.

Əlavə qeyd: Ətin yumşaq olması üçün qatıq və ya süd ilə basdırma edə bilərsiniz. Toyuq filesi ləvəngisini süfrəyə plovla verə bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
8 19 10 17 7 16

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.