JoKeR

JoKeR İdman 28-10-2021, 06:57

"Barselona"nın baş məşqçisi Ronald Kuman istefa verib

"Barselona"nın baş məşqçisi Ronald Kuman istefa verib

Niderlandlı mütəxəssis Ronald Kuman İspaniyanın "Barselona" futbol klubunun baş məşqçisi vəzifəsini tərk edib.

Loading.az” xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Qərar Kataloniya komandasının çərşənbə günü İspaniya çempionatında "Rayo Valyekano"ya uduzmasından (0:1) sonra verilib.

Kuman 19 avqust 2020-ci ildə "Barselona"ya rəhbərlik etməyə başlayıb. Komanda İspaniya çempionatının cari mövsümündə 10 matçdan sonra 15 xal toplayaraq turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. “Barselona” Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi 3 oyundan sonra Portuqaliya “Benfika” komandasına (0:3) və Almaniya “Bavariya”sına (0:3) uduzmaqla yanaşı, Kiyev “Dinamo”suna da (1:0) uduzaraq üçüncü yerdə qərarlaşıb.

Kuman 2018-2020-ci illərdə Niderland millisinə rəhbərlik edib, baş məşqçi kimi “Vitesse”, “Ayaks”, PSV, AZ, “Feyenorde”, Portuqaliyanın “Benfika”, İspaniyanın “Valensiya”, İngiltərənin “Everton” və “Southampton” klublarında da çalışıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
19 35 16 19 11 9

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.