n2006

n2006 özünü 🤔 fikirli hiss edir. Maraqlı 27-10-2021, 13:15

Delfinlər haqqında maraqlı məlumatlar

Delfinlər haqqında maraqlı məlumatlar
Delfinlər balıq deyil…
Suda yaşadıqlarına baxmayaraq delfinlər balıqlara deyil, insanlara daha yaxındır. Balıqlardan fərqli olaraq delfinlər övladlarını insanlar kimi dünyaya gətirir, onları südlə bəsləyir. Bundan əlavə onların pul əvəzinə, zərif və hamar dərisi var.

Onların beyni…
Delfinlərin beyninin çəkisi 1700 qramm təşkil edir. İnsanın beyninin çəkisi isə 1400 qramm. Doğrudur ağırlıq heç nəyi həll etmir. Ancaq aparılan araşdırmalar göstərmişdir ki, delfinlərin beynində sinir hüceyrələri insana nisbətən daha çoxdur.

Onlar ünsiyyət qurur…
Hər kəsə məlumdur ki, delfinlər öz aralarında fitə bənzər siqnallar verməklə ünsiyyət qurur. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, delfinlər 14 000 fərqli siqnlardan istifadə edir. Bu da orta statistik insanın söz ehtiyyatına bərabərdir. Bundan əlavə hər bir delfinin onun dəstəsi tərəfindən verilmiş adı var.

Onlar özünü bərpa etmə bacarığına malikdirlər…
Bəli, delfinlərin belə bir bacarığı var. Bir delfin zədə aldığı zaman qan itirməz, iltihab qapmaz. Bunun əksinə o, özünü sürətlə bərpa edər. Ən maraqlısı isə odur ki, yaralı delfini sağlam bir delfinlə müqayisə etdiyimiz zaman, hərəkət və davranışlarda heç bir fərqə rast gəlinmir. Məhz buna görə də, delfinlərin sinir sisteminin ağrı hissini blok etdiyi güman edilir. Hindistan Höküməti yaxın keçmişdə delfinləri heyvanların siyahısından silərək onlara «şəxsiyyət» statusunu verdi. Beləliklə, Hindistan delfinlərin intellektini və şüurunu qəbul etmiş ilk ölkə oldu. Burada delfinlərin müdafiəsinə də xüsusi diqqət yetirilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
21 16 11 20 17 11

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.