amon

amon Mətbəx 27-10-2021, 09:30

Cənub Mətbəxinin Ən Dadlı Təamı-Çölmə Kabab

Cənub Mətbəxinin Ən Dadlı Təamı-Çölmə Kabab
Çölmə kabab kənd toyuğundan, ördəkdən, çöl quşlarından hazırlanan, süfrəyə qazmaqlı plovla birlikdə verilən bir təamdır. Loading.az Cənub mətbəxinin ən dadlı təamlarından biri olan, çöl ördəyindən hazırlanan çölmə kababın reseptini təqdim edir.

Tərkibi
1 ədəd çöl ördəyi və ya kənd toyuğu
400 qr qırmızı soğan və ya ağ soğan
3-4 çay qaşığı alça turşusu və ya palçıq turşusu
duz, istiot
2 stəkan su
1 xörək qaşığı yağ

Hazırlanma qaydası: İlk öncə qozu ətçəkən maşından keçirin. Soğanı da ətçəkən maşından keçirib tənzifin arasında suyunu sıxın. Ləvəngini hazırlamaq üçün bir qabda suyu sıxılmış soğan, xırdalanmış qoz, alça turşusu, duz və istiot töküb yaxşıca qarışdırın. Təmizlənmiş ördəyi bir neçə yerindən bıçaqla deşin. Ördəyi hər tərəfli, üst və iç hissəsini də duzlayıb istiot səpin. Alça turşusunu da yaxıb ördəyin iç hissəsinə ləvəngini doldurun. Ləvəngidən 1 xörək qaşığı kənarda saxlayın. Ləvəngiylə doldurduğunuz ördəyi mətbəx sapıyla tikin. Daha sonra qazana saxladığınız ləvəngini və 2 stəkan suyu töküb qarışdırın. Üzərinə ördəyi yerləşdirib qapağı örtülmüş şəkildə 10 dəqiqə orta odda qaynadın. Qaynamağa başladıqda ocağı zəiflədib 2-2,5 saat bişirin. Arabir qarışdırmağı unutmayın! Bişməyini bıçaq batıraraq yoxlayın. Bişib suyu çəkildikdə 1 xörək qaşığı yağ əlavə edə bilərsiniz. Yağa düşən çölmə kababını ocaqdan götürüb bütöv halda və ya tikələrə ayıraraq suyuyla birlikdə süfrəyə verə bilərsiniz. Ördək kababının yanında süfrəyə qazmaqlı plov verə bilərsiniz. Ən dadlı plov reseptləri Evdar.az saytının plovlar bölməsində. Plov üçün qazmaq reseptlərini isə saytda dərc olunan bu məqalədən oxuya bilərsiniz.
Əlavə qeyd
İynə və sap ilə tikildikdən sonra 2-3 saat və ya 1 gecə soyuducuda saxlaya bilərsiniz.
Suyun qədəri bişirəcəyiniz ətin gec və ya tez bişməsindən asılı olaraq dəyişir (əsasən bu yeməyi gec bişən quş ətindən hazırlayırlar).
Arada qazanın suyundan ördəyin üzərinə gəzdirə bilərsiniz. Ördəyi də arabir qazanda çevirin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
24 23 16 10 20 24

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.