amon

amon Texnologiya 27-10-2021, 09:00

"Facebook"dan "iPhone" istifadəçilərinə XƏBƏRDARLIQ: Proqramı silin!

"Facebook"dan "iPhone" istifadəçilərinə XƏBƏRDARLIQ: Proqramı silin!
Təhlükəsizlik tədqiqatçıları iOS istifadəçilərinə xəbərdarlıq ediblər ki, "Facebook" məkan icazəsi söndürülsə belə, məkan məlumatlarını toplamağa davam edir. Narahatedici tərəf odur ki, proqramı silməkdən başqa onu dayandırmaq üçün başqa yol yoxdur.

Məlumatına görə, "Facebook" bir müddətdir istifadəçi təhlükəsizliyi və məxfiliyi ilə bağlı ciddi tənqidlərə məruz qalır. İndi təhlükəsizlik tədqiqatçıları yeni xəbərdarlıq ediblər.

Xəbərdarlığa səbəb "Facebook"un daim akselerometr məlumatlarını oxuyur. Əgər siz "Facebook"un məkana daxil olmasına icazə vermirsinizsə, proqram sizi telefonunuzun akselerometr qeydləri ilə eyni vibrasiya modelinə uyğun gələn istifadəçilərlə qruplaşdıraraq dəqiq yerinizi çıxara bilər.

Tədqiqatçılardan biri olan Mayk tərəfindən verilən nümunə olduqca diqqətəlayiqdir. Məsələn, avtobusdasınızsa və orada olan sərnişin öz yerini "Facebook" ilə paylaşırsa, proqram asanlıqla sərnişinlə eyni yerdə olduğunuzu deyə bilər. Çünki hər iki vibrasiya nümunəsi eyni olacaq.

"Facebook"un akselerometrdən məlumat toplamasını dayandırmağın yeganə yolu tətbiqi silməkdir. Çünki bunun qarşısını almağın başqa yolu olmadığı iddia edilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
24 22 22 16 11 20

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.