amon

amon Xəbərlər 26-10-2021, 16:41

“Çərpələng uşaq proqramı” layihəsinin bağlanış mərasimi keçirilib

“Çərpələng uşaq proqramı” layihəsinin bağlanış mərasimi keçirilib
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən “Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan “Sabaha inam” İctimai Birliyinin icra etdiyi sosial layihə artıq yekunlaşıb.

Layihənin bağlanış mərasiminə Azərbaycan Milli Elmlər Akademiyası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Yeni Azərbaycan Partiyası, “Regional İnkişaf” İctimai Birliyi və “Sabaha inam” İctimai Birliyinin nümayəndələri, həmçinin layihə iştirakçıları qatılıblar.

Tədbirdə bildirilib ki, layihə çərçivəsində uşaqlar üçün 20 nağıldan ibarət yeni mobil tətbiq yaradılıb, əlavə olaraq tətbiqdə Azərbaycan və dünya ədəbiyyatından seçilən nağıllar əsasında hazırlanan mobil oyunlar yerləşdirilib.

Valideynlərin nəzarəti ilə idarə olunacaq proqramda uşaqların yaşına uyğun bölmələri tənzimləmək, eyni zamanda onların proqramdan nə dərəcədə səmərəli istifadə etdiyini izləmək mümkündür.

Xatırladaq ki, sözügedən tətbiq uşaqların sosial inkişafına və dünyagörüşünün formalaşmasına dəstək vermək, həmçinin yeni texnologiyalardan daha faydalı istifadə etmələrinə imkan yaratmaq məqsədi daşıyır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
25 43 20 27 39 17

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.