amon

amon Xəbərlər 26-10-2021, 16:24

Vətən müharibəsində raket düşən kafe yenidən tikilərək sahibkara verildi

Vətən müharibəsində raket düşən kafe yenidən tikilərək sahibkara verildi
Vətən müharibəsində erməni silahlı dəstələri döyüş meydanından qaçaraq Azərbaycanın cəbhə zonasına yaxın şəhər və rayonların dinc sakinlərinə qarşı terror həyata keçirdi.

“Report” xəbər verir ki, bu qeyri-insani və heç bir müharibə qanunlarına sığmayan vəhşiliklər zamanı içərisində körpələr və qadınlar da olmaqla onlarla dinc sakin dünyasını dəyişdi, yüzlərlə sosial, iaşə, xidmət obyektlərinə və fərdi yaşayış evləri ya tamamilə dağıldı, ya da ciddi ziyan dəydi.

Bərdəyə erməni silahlı terrorçularının atdığı raketlərdən biri rayon sakini Pərviz Hümbətova məxsus kafeyə düşüb.

P.Hümbətovun sözlərinə görə, raket kafeyə nahar yeməyi zamanı düşüb:

“Oktyabrın 8-də günorta saatları idi. Kafedə müştərilərimiz də var idi. Elə qəfildən göydə partlayış baş verdi. Bir də gördüm ki, üstümüzə nəsə gəlir. Mən qışqırdım ki, hamı qaçsın. Hərə bir tərəfə qaçdı. Raket düz kafenin ortasına düşdü, ətraf toza-tüstüyə büründü. Baxdıq ki, kafedə daş üstündə daş qalmayıb. Buralar bir saniyədə xarabalığa çevrildi, təkcə biz salamat çıxdıq. Düzdür, müxtəlif xəsarətlər alsaq da, dünyasını dəyişən olmadı”.

Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə, dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə yaradılan Dövlət Komissiyasının yekun qərarından sonra evlərin və obyektlərin bərpa-tikinti işlərinə başlanıldı. Ölkə başçısının tapşırığına əsasən, ziyan dəyən tikililər bərpa edilərək sakinlərin ixtiyarına verilib.

Vətən müharibəsində erməni vandalizminin qurbanı olan P.Hümbətova məxsus kafe də yenidən tikilərək sahibkara təqdim olunub.

O, göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Məlumat üçün bildirək ki, Vətən müharibəsi zamanı, ümumilikdə 11 şəhər və rayon ərazisində 13 000-dən çox tikiliyə ziyan dəyib. Ölkə Prezidentinin tapşırığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında 11 300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri tam yekunlaşıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
17 26 27 11 20 21

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.