amon

amon Mətbəx 25-10-2021, 09:00

Pəhrizdə Olanlar Üçün Pəhriz Keksi

Pəhrizdə Olanlar Üçün Pəhriz Keksi
Pəhriz saxlayanların ən çox şikayət etdiyi mövzulardan biri şirniyyat yeyə bilməməsidir. Unsuz, yağsız, dadı da damağınıza uyğun olmayan keksləri yemək əvəzinə Loading.az-ın təqdim etdiyi pəhriz keksini hazırlayın. Bu keksin özəlliyi ondadır ki, buğda unuyla hazırlanır, şəkər tozu əvəzinə banan və baldan istifadə olunur.

Tərkibi

3 ədəd yumurta
2 ədəd yetişmiş və ya çox yetişmiş banan
1,5 stəkan bal
1 stəkan süd
2 xörək qaşığı qatıq
1,5 stəkan zeytun yağı
1 / 2 stəkan xırda çəkilmiş qoz ləpəsi
1 çay qaşığı darçın (zövqə görə)
1 paket qabartma tozu
3-3,5 stəkan buğda unu

Üzəri üçün: 1 ədəd banan


Hazırlanma qaydası: ilk öncə bir qabın içərisində yumurtaları və balı yaxşıca mikserlə çırpın. Üzərinə süd, zeytun yağı və qatığı əlavə edib çırpmağa davam edin. Başqa bir qabda bananları əzin. Əzdiyiniz bananı çırpdığınız kütləyə əlavə edib qarışdırın. Daha sonra xırda çəkilmiş qoz ləpəsi, qabartma tozu və darçını əlavə edin. Unu da az-az əlavə edib taxta qaşıqla və ya spatulayla topaq qalmayacaq şəkildə qarışdırın. Hazırladığınız keksin xəmirini yağlanmış unlanmış baton qəlibə və ya yağlı kağız sərilmiş dairəvi keks qəlibinə yayın. Üzərinə zövqə görə dilimlənmiş banan düzüb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin. Sobadan çıxardığınız keksi otaq temperaturunda ən az 40 dəqiqə dinləndirin. Keksi dilimləyib süfrəyə verə bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
25 11 10 11 17 24

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.