amon

amon Xəbərlər 24-10-2021, 15:17

Balakəndə qaydalara riayət etməyənlər cərimələnib

Balakəndə qaydalara riayət etməyənlər cərimələnib
Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində Balakəndə ictimai nəqliyyatda, o cümlədən, qapalı məkanlarda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-yoxlama tədbirləri həyata keçirilir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, keçirilən növbəti tədbir zamanı ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlarla izahedici söhbətlər aparılıb. Əsassız bəhanələr gətirənlərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.Həmçinin, peyvənd olunmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb.

Qapalı məkanlarda aparılan yoxlamalar zamanı isə pandemiya dövrünün tələblərinə məsuliyyətsiz yanaşan obyekt sahibləri, alıcı və satıcılar müəyyən edilib. Polislər həmin şəxsləri qapalı məkanlarda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar. Eləcə də sahibkarlara ciddi xəbərdarlıq edilib, vətəndaşların sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə qaydalara qeyd-şərtsiz əməl etməyin vacibliyi diqqətə çatdırılıb. Koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
11 11 14 26 7 16

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.