n2006

n2006 özünü 🙁 darıxan hiss edir. Şeirlər 23-10-2021, 09:22

Baba Vəziroğlu. Təkcə səndən nigaranam

Baba Vəziroğlu. Təkcə səndən nigaranam
Baba Vəziroğlu. Təkcə səndən nigaranam

Ömrüm boyu gözümdə kam,
Bu həsrəti daşıyıram.
Mən birtəhər yaşayıram,
Təkcə səndən nigaranam...



Mən sahilsiz bir gecəyəm,
Heç bilmirəm kiməm, nəyəm,
Nə vecinə, mən necəyəm,
Təkcə səndən nigaranam...



Gəlib hərdən düşər yada,
O günlər bir nağılsa da,
Bütün dünya dağılsa da,
Təkcə səndən nigaranam...



Ömür ötür aram-aram,
Heç bilmirsən yoxam, varam,
Mənsə səni soruşaram,
Təkcə səndən nigaranam,
Təkcə səndən nigaranam!..



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
30 27 17 18 26 10

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.