laluna

laluna Maraqlı 22-10-2021, 23:38

Sonra edərəm vərdişindən qurtul!

Sonra edərəm vərdişindən qurtul!

Bəzən özümüz də hiss etmədən daha vacib işlərimizi sonra etmək qərarına gələr və bizim üçün nisbətən asan olan işləri görməyə meyillənərik. Daha doğrusu “bir azdan edərəm, daha sonra məşğul olaram” şəklindəki fikirlər sizdə də tez-tez təkrarlanırsa demək ki, sizdə də gecikdirmə (daha sonraya saxlama) vərdişi formalaşmağa başlayıb. Elmdə “procrastination” kimi bilinən bu xüsusiyyət sizin uğurlarınızı aşkara çıxarmağınıza, gərəksiz qayğılardan uzaqlaşmağınıza əngəl törədir. Bir sözlə bu xüsusiyyət sizi uzun zamandır etmədiyiniz işlərinizdən dolayı gərəksiz səkildə rahat qoymayacaq və davamlı olaraq narahatlıq hissi verəcəkdir.

Psixoloq Professor Clarry Layın fikrində gecikdirmə vərdişi zaman seçimi ilə, istək arasındakı fərqlilikdən yaranır. Yəni, siz bir işi etmək üçün ruhsal olaraq həmin işə hazır deyilsəniz bu zaman “daha sonra edərəm” deyərək onu gecikdirməyə üstünlük vercəksiniz. Pisxoloqlar bunu üçün əsasən üç yolun izlənməsini tövsiyyə edirlər. Xəbərdar olmaq, səbəbini bilmək, starategiya hazırlamaq.

Gecikdirmə vərdişinə sahib olub-olmadığınızdan xəbərdar olmaq üçün özünüzü izləyin və aşağıdakı davranışların izinə düşün.

Bir işi görməyə ən önəmsiz olanlardan başlamaq.
İşə qoyulmaq yerinə o işə hardan başlayacağınız ətrafından təkrar-təkrar düşünərək zaman itirmək.
Nəhaət başlamaq qərarına gəldiyinizdə kiçik bəhanələrlə bir az daha zaman qazanmaq. Məsələn, daha bir fincan qəhvə içmək üçün yenidən getmək, son bir parça musiqi dinləmək v.s.
Bir işi davamlı daha sonraya saxlamaq bəzən sizin gecikdirmə vərdişinə sahib olmağınızla deyil, o işdən də aslı ola bilər. Bundan dolayı gecikdirmə istəyinin səbəbini bilmək önəmlidir.

Bu iş sizə zövq verməyirsə səbəbini araşdıraraq həmin işin zövqlü tərəflərinə fokuslanın və bundan ilham alaraq sizə çətin görünən tərəflərini həll edin.
İşləri davamlı gələn dəfəyə saxlamağın bir digər səbəbi proqramsız hərəkət etməyiniz ola bilər. Bu səbəblə görəcəyiniz işlərin sıyahısını öncədən dəqiqləşdirib daha sonra hərəkətə keçməkdə fayda var.
Mükəmməlliyyətçilik gecikdirmə vərdişinin demək olar ki, ən əsas səbəblərindəndir. Bir işi daha mükəmməl etmək və bu mükəmməli bacarmaq üçün ən uyğun zamanı gözləmək sizin işləri daha sonraya saxlamağınıza səbəbiyyət verəcəkdir.
Risk etməkdən çəkinmək ya da hardan başlama tərəddüdü də bu vərdişin yaradıcılarındandır. Bu səbəbdən riski qəbul etmək və ürəkli olmaq fayda verəcəkdir.
Əgər bir işi daha sonraya saxlama seçimi sizin üçün vərdiş halını alıbsa, bundan uzaqlaşmaq üçün özünüzü mükafatlandırma, ruh halınızı yeniləmə yoluna baş vurmaq gərəkə bilər. Yəni, strategiya hazırlamalı olacaqsınız.

Bir işi tamamladığınız zaman istirhət edin və özünüzü mükafatlandırın.
Bir başqasının sizə nəzarət etməsi üçün kömək istəyin. Unutmayın ki, insanlar kənardan müşahidə olunduğu zaman daha faydalı çalışırlar.
İşləri önəmlilik dərəcəsinə görə qruplaşdırın və daha önəmlilərdən başlayın. Bu sizə əlavə enerji və işi bitirdikdə isə daha böyük zövq verəcəkdir. Enerjinizin çoxunu önəmli işlərə sərf edəcək şəkildə planlayın.
Bir işi bitirmək üçün mütləq son tarix müəyyən edin. Bu sizin üçün dəqiqləşmiş hədəf müəyyən edəcəyi üçün daha faydalı çalışacaqsınız.
İşlərinizi real zaman dilimi çərçivəsində bölüşdürün. Real olmayacaq qədər çox saylı işi etməyi planlamayın. Lazım gəldikdə bir işi bir neçə parçaya ayıraraq həll edin.
Kiçik addımlarla başlayın və həmin işi gözünüzdə böyütməyin. Əks halda gözlənilməz problemlərlə qarşılaşaraq həvəsdən düşəcək və bir işi yarım qoymağı vərdiş etməyə başlayacaqsınız.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
14 24 18 25 17 14

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.