laluna

laluna Maraqlı 22-10-2021, 22:56

Yaddaş problemini həll et

Yaddaş problemini həll et



Yaddaş probleminin həlli üçün bəzi üsullar.

Hər birimizin həyatında ən azından bir dəfə də olsun elə bir an yaşanıb ki, mətbəxə niyə gəldiyimizi xatırlamayaq. İnsan yaşlandıqca yaddaşının zəiflədiyi doğrudur, amma, hələ də bir neçə sadə üsullarla yaddaşınızı yenidən gücləndirə bilərsiniz.

Fiziki hərəkət
Bu üsullardan biri fiziki məşğuliyyət və ya idmandır. Fiziki hərəkətlər insan bədənində sinir qovşaqlarının sayını artırmaqla beyində yeni hüceyrələrin yaranmasına səbəb olur. Fiziki hərəkətlər ürək-damar sisteminə yaxşı təsir. İnsan beyinə daha çox oksigen gedir və bunun sayəsində də zərərli toksinlərin atılması daha da sürətlənir.

Hərəkət halında öyrənmə
Bir çox insan dərs oxuyarkən və yaxud da hər hansı bir mətni əzbərləyərkən özündən asılı olmadan yeriməyə başlayır. Bəzən saatlarla yeriyən insanlar da olur. Bu əslində şüursuz şəkildə baş versə də, araşdırmalar sübut etmişdir ki, yeriyərkən oxunulan mətn insanın yadında daha yaxşı qalır. Aktyorlar da ssenarini daha yaxşı yadda saxlamaq üçün bu metoddan istifadə edirlər.

Düzgün qidalanma
İnsan beyninin işləməsi demək olar ki, şəkərdən asılıdır. Qidalarımızın 20%ə qədərini isə şəkər təşkil edir. Əgər düzgün miqdarda şəkər qəbul etməsəniz, bu sizin davranışlarınıza,əhvalınıza və s. ciddi təsir göstərəcəkdir. Amma, bir yandan şəkərin miqdarını düzgün səviyyədə tutmaqla, bağırsaqları da yaddan çıxarmaq olmaz. Çünki, bağırsaqda milyonlarla bakteriyaların sayının və növünün doğru səviyyədə olması birbaşa insan beyninə təsir göstərir. Buna görə də bağırsağı “İkinci Beyin” adlandırırlar.

Hər şeydən uzaqlaşmaq
Bəzən insan bir işin ortasında, bəzən yol yeriyərkən, bəzən də kitab oxuyarkən bir müddətlik xəyallara dalır. Çox güman bu hər kəsin başına gəlmişdir. Beynimizdə şüursuz şəkildə baş verən bu hadisə həmçinin insanın yaddaşına təsir göstərir. Beynimiz bu vəziyyətdə yaddaşla bağlı müəyyən hissələri deaktiv edir. Bu zaman isə insan beyni qəbul edilmiş məlumatları emal edir.

Yeni bir məşğuliyyət tapmaq
İnsan yeni nə isə öyrəndikdə beyində yeni neyron əlaqələri yaranmağa başlayır. Beyni bir əzələ kimi düşünsək, o zaman yeni şeylər öyrənmək həmin əzələni inkişaf etdirən bir məşğuliyyətdir deyə bilərik.

Musiqi dinləmək
Musiqi beynin qidasıdır. Musiqi ilə məşğul olan insanların beyinlərini analiz etdikdə bu zaman onların beyinlərinin demək olar ki, bütününün aktiv olduğunu görə bilərik. Musiqi insanın qavrama qabiliyyətini artıran bir məşğuliyyətdir və beyin xəstəliklərində ən son unudulan məhz elə musiqinin özüdür.

Yuxu müddəti
Yuxu rejimində insan beyni məlumatları emal edir, ancaq, bu çox yatmağın daha yaxşı təsir edəcəyi anlamına gəlmir. İnsanın günlük yuxu müddəti minimum 5 saat, maksimum 10 saat nəzərdə tutulub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
19 13 28 21 14 8

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.