amon

amon Mətbəx 21-10-2021, 00:34

Payızın Sehrli Rənglərini Əks Etdirən “Payız Rapsodiyası” Salatı

Payızın Sehrli Rənglərini Əks Etdirən “Payız Rapsodiyası” Salatı
Rapsodiya salatı istənilən bayram üçün evdə asanlıqla hazırlana bilən çox maraqlı, dadlı və doyurucu bir salatdır. Hətta təcrübəsiz gənc evdar xanımlar belə bu salatı hazırlaya bilər. Loading.az dadlı Rapsodiya salatının reseptini təqdim edir.

Tərkibi

8 ədəd kartof
15 ədəd yerkökü
4 ədəd yumurta
15 dənə qara gavalı (tumsuz)
1 ədəd nar
2 dəstə şüyüd
200 qr qaynadılmış mal əti
duz,istiot
2 banka 15%-lik xama
mayonez,xardal sousu


Hazırlanma qaydası: İlk öncə kartof, yumurta və yerkökünü suda bişirin. Bişən tərəvəzləri sudan çıxarıb soyudun və qabığını soyun. Bişmiş kartof, yerkökü və yumurtanı sürtgəcdən keçirin. Narı dənələyin. Mal ətini suda bişirib didin. Bir qabda xama, mayonez və xardal sousunu qarışdırın. Tumsuz qara gavalını doğrayın.
Salatı hazırlayacağınız boşqaba konditer dairəsi yerləşdirin və hazırladığınız məhsulları dairənin içərisinə qatlarla düzün.
Kartof +ət+ nar dənəsi+kartof+ət+ qara gavalı+yumurta. Bu ardıcıllıqla düzərək hər qata sous yaxıb, duz, istiot səpin.
Üzərini zövqə görə doğranmış şüyüd və ya nar dənəsiylə bəzəyin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
21 18 14 22 26 24

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.