amon

amon Mətbəx 21-10-2021, 00:31

Bu Şorbanı İçin, həkimə getməyə ehtiyac qalmayacaq

Bu Şorbanı İçin, həkimə getməyə ehtiyac qalmayacaq
Qış mövsümündə xəstələnərək həkimə müraciət etməmək üçün yeməklərinizə diqqət etməlisiniz. Faydalı şorbalar içərək xəstəliklərdən qoruna bilərsiniz. Qış şorbalarına ən ləzzətli nümunə isə balıq şorbasıdır. Loading.az həm ləzzətli, həm də faydalı balıq şorbasının reseptini təqdim edir.

Tərkibi:
6 ədəd ləvrək balığı
6 stəkan su
3 xörək qaşığı zeytun yağı
1 ədəd baş soğan
1 ədəd yerkökü
1 ədəd kərəviz sapı
1 diş sarımsaq
1/2 dəstə cəfəri
1 ədəd dəfnə yarpağı
1/2 çay qaşığı zərdəçal
1/2 çay qaşığı keşniş toxumu
1 çay qaşığı dənə istiot
1 çay qaşığı duz
1/2 ədəd limon suyu


Sousu üçün: 1 ədəd limon suyu, 1 ədəd yumurta sarısı

Hazırlanma qaydası: İlk öncə balıqları axar suda yaxşıca təmizləyin və bir qazanın içərisinə qoyub üzərinə soyuq su əlavə edin. Kərəviz sapı, yerkökü və soğanları doğrayaraq qazanın içərisinə əlavə edin. Tərəvəzlərin üzərinə cəfəri, dənə istiot, sarımsaq, dəfnə yarpağı, limon suyu, zərdəçal, keçniş toxumu, duz və zeytun yağını da əlavə edin. Orta ocaqda bişirdikdən sonra şorbanı süzün. Bişən balıqları kənara ayırın. Bişən tərəvəzləri isə blenderdən keçirin və qazana tökün. Şorbanın içərisinə bişmiş balıqları kiçik parçalar halında əlavə edin. Ən sonda sousunu hazırlayıb şorbaya əlavə edin və ocaqdan götürün. Şorbanı isti-isti süfrəyə verin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
17 19 31 10 16 11

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.