reklam
MƏNİM GÖZ YAŞIMI GÖRMƏYƏCƏKSƏN MƏNİM GÖZ YAŞIMI GÖRMƏYƏCƏKSƏN https://loading.az/uploads/posts/2021-10/thumbs/1634645306_sad-theme-id12.jpg
n2006

n2006 özünü 😔 qəmli hiss edir. Şeirlər 20-10-2021, 09:30

MƏNİM GÖZ YAŞIMI GÖRMƏYƏCƏKSƏN

MƏNİM GÖZ YAŞIMI GÖRMƏYƏCƏKSƏN
MƏNİM GÖZ YAŞIMI GÖRMƏYƏCƏKSƏN


Bu eşqin yasını saxlayacağam,
Sən gedən yollara baxmayacağam.
Ağlasam, gizlicə ağlayacağam,
Mənim göz yaşımı görməyəcəksen



Tale oyunlara atacaq səni
Fəryadın göylərə çatacaq sənin.
Günahın gözünü tutacaq sənin,
Mənim göz yaşımı görməyəcəksən.



O gülən şəklinə baxıb ağlasam,
Gözümə bir eynək taxıb, ağlasam.
Üzümü ovcuma sıxıb ağlasam,
Mənim göz yaşımı görməyəcəksən.



Sən elə bilmə ki, qəmdən uzaqsan,
Bir yağış altında sönən ocaqsan.
Üzümə baxmağa utanacaqsan,
Mənim göz yaşımı görməyəcəksən!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
200 261 223 219 227 189

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.