Morpho peleides

Morpho peleides Maraqlı 16-10-2021, 21:30

Həyatdır bu :)

Həyatdır bu :)
Həyatdır bu
Nə başlanğıcı var,nə sonu;Nə vaxt dünyaya gələcəyində məchul ,nə vaxt burdan köçəcəyində
Əsas bu ikisi arasında sürdüyün yaşamdı..Həyat yaşının üstünə yaş gətirər həmişə.....Və yaş yeniliklərlə gələcək
Hər yaşın öz ağırlığı,öz məsuliyyyəti olacaq,necəmi?!

Bax düşün 6 yaşını..
6 yaşında ilk dəfə məktəbə gedirsən
İnsanları tanımaq yolunda ilk addımlarını atırsan.Bir də dərsin məsulliyyəti var .Parlaq gələcək üçün bir az əziyyət çəkməlisən.İlk başda dərslər bir az ağır gələr zamanla öyrənərsən .Artıq digər yaşlarında hərfləri,oxumağı və ya yazmağı öyrənmək kimi dərd olmaz,çünki artıq oxumağıda,yazmağıda bilirsən.Sinifdən-sinifə keçdikcə məsulliyətdə artar və eyni zamanda yeni dərslər,bilgilər öyrədər.
Həyat da eynən belədir.Yaşın üstünə yaş gəldikcə məsuliyyətlər artar,yeni şeylər öyrədər.Yaşın artdıqca yaşadıqlarında artar.Könül istər ki,pis anlar olmasın amma həyatdır bu ..bəzən düşərsən amma əsas düşmək deyil,düşdükdə qalxa bilməkdir.Amma o düşüşlər də nəsə öyrədər.İnsanlara sonsuz güvənməməli olduğumuzu,hər kəsə yaralarını açmamalı olduğunu,hər kəsin sənin dostun olmadığını məsələn..
Sonra bir az da böyüyərsən və həyat səni sonsuz yolları olan cığıra çəkməyə başlayar.Əsas olan o cığırdan keçən və doğru yola aparan tək yolu tapmaqdı.Sonra o yolu tapmaq üçün savaşarsan.Bəzən olmaz,məğlub olarsan amma özünə inanaraq başlasan və vaz keçmədən savaşsan sonunda sən qazanarsan.Həyatda hər zaman ilk addım ən çətin addım olur.Və bəzən insanlar ilk addımı atarkən yarı yoldan dönürlər......
Səbəbi çox sadədir...
Savaşmaqdan qorxurlar..

Çünki özlərinə inamları yoxdu,bacaracaqlarına inanmırlar ona görə də tez məğlub olurlar...
Sənsə sona qədər savaşanlardan ol çünki ilk addımı atmağı bacarsan gerisi özü gələcək😊Sən sadəcə özünə inan,güvən və savaş.Mütləq qazanacaqsan,mütləqq))))
Həyat sadəcə bundan mı ibarət?! təbii ki deyil.Həyatda əsas olan qəlbinin təmiz olmasıdır necə deyərlər qəlbin təmiz olarsa hekayən xoşbəxt bitər.Savaşdıqdan sonra sakitlik gələr.Bütün mübarizənin sonunda görərsən ki artıq bir həyatın nəbzini tutmusan🌚
Sonra bidə baxırsan ki.Hər şey çox yaxşı gedir.Uğurlar davamlı və sürətlə gəlir.Birdə saf sevgini tapırsan.Bəlkə biraz o sevgi üçün savaşırsan amma sonda yenə sən qalib gəlirsən.
Qısası həyat yaxşı və pis xatirələrədən ibarət yaşamdır.Xeyir və şərin mübarizəsi kimi,Xoşbəxtlik və bədbəxtlik kimi...Əsas olan yaşamaqdır.
Nə olursa olsun,necə olursa olsun yaşamı gözəl yaşaya bilməkdir.Minnətdarlıqla,Şükürlə,Sağlıqla həyatınızı xoş yaşamanız diləyi ilə
💛

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
23 44 22 26 15 16

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.