n2006

n2006 özünü 🤔 fikirli hiss edir. Hekayələr 14-10-2021, 22:06

Məhəbbətin gözü niyə kordur?

Məhəbbətin gözü niyə kordur?
Uzun zaman əvvəl, dünya yaradılmadan, insanlar dünyaya gəlməmişdən əvvəl yaxşı xasiyyətlər və pis xasiyyətlər nə edəcəklərini belə bilməz vəziyyətdə dolanırlar. Bir gün, toplaşıblar və həmişəkindən daha sakit otutrarkən Saflıq, ortaya bir ideya atıb: - Niyə gizlənpaç oynamırıq? Və hamısı bu fikri bəyənir. Dərhal Çılğınlıq, qışqırır: "Mən əbə olmaq və saymaq istəyirəm. Mən əbə olmaq istəyirəm!" Və başqa heç kim Çılğınlığı axtaracaq qədər ağlını itirmədiyi üçün, Çılğınlıq bir ağaca söykənir və saymağa başlayır 1, 2, 3... Çılğınlıq saydıqca, yaxşı xasiyyətlərlə pis xasiyyətlər gizlənəcək yer axtarırlar. Şəfqət Ayın buynuzuna asılır; Xəyanət zibil yığınının içinə girir; Sevgi buludların arasına qıvrılır; Yalan bir daşın altında gizlənəcəyini deyir, amma yalan söyləyir çünki gölün dibində gizlənir; Ehtiras dünyanın mərkəzinə gedir; Pul hərisliyi bir çuvalın içinə girərkən kisəni cırır. Çılğınlıq saymağa davam edir, 79, 80, 81, 82... Məhəbbətdən başqa, bütün yaxşı xasiyyətlər və pis xasiyyətlər o ana qədər onsuz da gizlənir. Məhəbbət isə qərarsız olduğu kimi, harda gizlənəcəyini də bilmir. "Bu bizi təəccübləndirməməlidir çünki hamımız Eşqi gizlətməyin nə qədər çətin olduğunu bilirik." Çılğınlıq 95, 96, 97-yə qədər gəlib çıxır və 100-ə gəldiyi anda, Məhəbbət sıçrayıb güllərin arasına girır və gizlənir. Çılğınlıq qışqırır: - Açdım qaç, gizlənpaç! Və arxasını dönəndə, ilk əvvəl Tənbəlliyi görür, o dayanıb çünki gizlənəcək enerjisi yoxdur. Sonra Şəfqəti ayın buynuzunda, Xəyanəti zibillərin arasında, Sevgini buludların arasında, Yalanı gölün dibində və Ehtirası dünyanın mərkəzində görüb, hamısını bir-bir tapır, yalnız biri istisna... Çılğınlıq ümidsizliyə qapılır, ən son gizlənmiş adamı tapmadığını deyəndə, Həsəd, tapılmadığı üçün həsəd apararaq, Çılğınlığın qulağına pıçıldayır: - "Məhəbbəti tapa bilmirsən?, O güllərin arasında gizlənib". Çılğınlıq çəngəl şəklində taxta bir çubuğu əlinə götürür, və güllərin arasına dəlicənə sancır. Ta ki mənəvi əzab verən bir səslənmə onu dayandırana qədər. Və qışqırıqdan sonra, Məhəbbət əlləri ilə üzünü örtərək ortaya çıxır. Barmaqlarının arasından gözlərindən iki sicim kimi qan axır. Çılğınlıq Məhəbbəti tapmaq üçün həyəcandan Məhəbbətin gözlərini çəngəl dəyənək ilə kor edir: "Nə etdim mən? Nə etdim mən? - deyə qışqırır. Səni kor etdim. Necə düzəldə bilərəm? - Məhəbbət cavab verir: "Gözlərimi geri verə bilməzsən. Amma mənim üçün bir şey etmək istəsən, mənim bələdçim olarsan". "Və o gündən bəri, Məhəbbətin gözü kor, Çılğınlıq isə hər zaman yanındadır".
Geri
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
25 19 11 17 15 11

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.