n2006

n2006 Sevgi 13-10-2021, 18:13

Sevgi Nədir ?

Sevgi Nədir ?
• Sevgi ruhun gözəlliyidir.
• Sevgi peşmançılıq duymamaqdır. Çünki o anları istəyərək yaşamısan.
• Sevginin ölçüsü; Ölçüsüz sevməkdir.
• Sevgi qaranlıqda yandırılan bir şam işığı kimidir. Sizə yolunuzu göstərir amma uzaqda nə olduğunu bildirməz.
• Sevgi; Yaşamanın gücüdür.
• Sevgi insana güc verir, cəsarət verir, həyata qatılma istəyi verir, yaratma istəyi verir.
• Sevgi, insan duyğularının ən gözəli, insana ən yaxınıdır.
• Sevgi; Həyatın zənginliyidir və bir gənclik duyğusudur.
• Sevmək inanmaqdır.
• Sevmək yaşamaqdır.
• Sevdiyini özü kimi, özündən də çox sevməkdir.
• Sevmək sevdiyi olmaqdır.
• Sevməkdə ikili başlayıb, bir olaraq gedilər. İki can, iki qəlb, iki könül yoxdur sevgidə. Tək bir qəlb olar, tək bir ürək olar.
• Sevmək bölüşməkdir. Sevdiyi ilə sevgisini bölüşməkdir. Sevdiyi ilə qəlbini bölüşməkdir. Sevmək ki tək qəlb yaransın.
• Sevgidə son yoxdur. Sevginin heç bir zaman sonu olmaz. Bitən sevgilər yoxdur, bitmiş kimi görünən sevgilər vardır. Sevgidə vaz keçmək də yoxdur. Yaşandıqca yaşadılar sevilər. Amma bəzən sevgili üçün bəzən isə sevginin bir gərəyi olaraq saxlanılar bu sevgi. Vaz keçmək yoxdur, vaz keçmiş kimi görünmək vardır.
• Sevmək həyatının ən mənalı anlarını soruşduqlarında sevdiyinin adını verə bilməkdir.
• Sevmək; sevmək-sevilmək deməkdir.
• Sevmək sevgililərin heç bir sözünə üzülməməyi öyrənmək deməkdir.
• Sevmək ölməkdir.
• Sevmək, ölməyi bilməkdir.
• Sevgili üçün yaşamaqdır. Onun əli, qolu, gözü, ürəyi olmaqdır. Amma artıq onun bir şeyi olmadığını bildiyin zaman ölməyi bilməkdir!
• Sevmək, tükənməkdir. Sevməkdən ölərkən təkrar yaşaya bilməkdir.
• Sevmək, sevgilinin baxan gözlərinə baxa bilməməkdir. Ağlayan gözlərə nəzakət və təbəssümlə qarşılıq verə bilməkdir.
• Sevmək, sevgili olmaqdır. Sevgilinin üzündəki gülüş olmaqdır. Onu yaşadacaq bir damla su olmaqdır.
• Sevmək sevgilinin limanı olmaqdır.
• Sevmək sevdiyinin canı olmaqdır. Onun ölümü istəyə bilməyəcəyi canı olmaqdır.
• Sevmək alov olmaqdır. Yanmaqdır, kül olmaqdır.
• Sevmək inanmaqdır.
• Sevmək sevgiliyə bir nəfəs kimi, bir səs kimi yaxın olmaqdır. Sevmək sevgiliyə çox uzaqlarda olsa belə yaşamaq və yaxın olmaqdır. Yaxınlıqdır, doğmalıqdır sevmək.
• Sevmək, yalansız bir həyat, ölümsüz bir dünyadır. Sevmək, ilk insanın, Həvvanın Adəmin saflığını və təmizliyini, uşaq mehribanlığını daşıya bilməkdir.
• Sevmək, gözyaşı olmaqdır, yağan yağış olmaqdır. Bir payız mövsümünün sarı yarpağı kimi yalnız olmamaqdır.
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
25 16 12 9 12 18

Oxşar xəbərlər Digər trend xəbərləri

1 nəfər yazıb Etkadan kənar şərh yazmaq olmaz

  1. Heç kimə dəxlisi yoxdur

    XAMLİYON__GÖZƏL 13 oktyabr 2021 21:28 1

    Sevgi ən başda xoşbəxt lik dir hər slkəs sevib seçilməlidir ! ❤️

    Sevmək sevgiliyə bir nəfəs kimi, bir səs kimi yaxın olmaqdır. Sevmək sevgiliyə çox uzaqlarda olsa belə yaşamaq və yaxın olmaqdır. Yaxınlıqdır, doğmalıqdır sevmək.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.