amon

amon Məşhurlar 11-10-2021, 10:00

Sami Yusifdən Əməkdar artistlə bağlı paylaşım

Sami Yusifdən Əməkdar artistlə bağlı paylaşım
Dünyaca məşhur müğənni Sami Yusif Əməkdar artist Təyyar Bayramovla bağlı paylaşım edib.

O bildirib ki, S.Yusif oktyabrın 22-si və 23-də Dubayda “Expo 2020”də verəcəyi konsertində xanəndənin də onunla birlikdə səhnəyə çıxacağını bildirib.

İfaçı qeyd edib ki, T.Bayramov solist kimi gecədə onu müşaiyət edəcək. O, həmçinin konsertdə muğam da səsləndirəcək.

“Muğam Azərbaycanın zəngin və mürəkkəb musiqi ənənəsidir. Təyyar Bayramov Azərbaycan Milli Konservatoriyasında tələbə ikən bu üslubda oxumağa başlayıb. Möhtəşəm istedadı və bacarığı ona Beynəlxalq Muğam Müsabiqəsində Qran Pri və Azərbaycan Prezidentinin sərəncamı ilə “Əməkdar artist” adı da daxil olmaqla bir çox mükafatlar qazandırıb. Bu gün uğurlu musiqi karyerası ilə yanaşı, Təyyar Bayramov həm də konservatoriyanın professorudur”, - deyə Sami Yusif Təyyarla bağlı məlumatda yazıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
32 21 23 21 17 39

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.