laluna

laluna Statuslar 11-10-2021, 00:31

Pozitiv Düşüncə İlə Özümüzü Gücləndirək!

Pozitiv Düşüncə İlə Özümüzü Gücləndirək!


Həyata sevgi ilə baxsam dünyanın dəyişə biləcəyini bilirəm.

Mənə ziyan vura biləcək tənqidi düşüncələrimi bağışlayıcı düşüncələrlə əvəzləyə bilirəm.

Sevgi ilə baxanda hər şeyi daha aydın görürəm.

Hədəflərimə çatmaqda son dərəcə qərarlıyam.

Daxili potensialım məni həmişə fərdi inkişafa doğru yönləndirir.

Ürəyimdə həmişə bağışlamaq hissi var. Bu hər zaman insanlarla münasibətimi asanlaşdırır.

Bütün vərdişlərim məni doğru yola aparır. Mən yeni, faydalı vərdişlər də öyrənməyə hazıram.

Mən tamamilə azadam. Fikirlərim, xəyallarım, ürəyim azaddır. Çünki buna layiqəm!

İstənilən neqativ hadisədə pozitiv tərəfi görə bilirəm. Çünki mən həyata sevgi və sevinclə baxıram.

İstədiyim bütün şeyləri əldə edəcək qədər güclüyəm. Çünki hədəflərimə qarşı çox diqqətli və qətiyəm.

Dünyanın istənilən yerində mən özümü təhlükəsiz hiss edə bilirəm. Çünki buranı öz evim kimi bilirəm.

Güzgüyə baxanda pozitiv, sevgi dolu bir insan görürəm. Bu mənim simamdır. Hər zaman özümə qarşı diqqətliyəm. Ən böyük dostum elə mən özüməm.

Daxilimdə inanılmaz bir güc hiss edirəm. Bu güclə həyatımı istədiyim kimi dəyişdirə bilərəm. Və mənim gücüm məni istədiyim yerə aparacaq.

Gözəllik məni canlandırır və ruhumu dincəldir. Mən gözəlliyin özüyəm.

Bədənim sağlam və dincdir, mən də eləyəm. Özümü xoşbəxt hiss edirəm və zamanın nəbzini tuta bilirəm. Hər andan zövq alıram. Çünki bu mənim həyatımdır.

Mən qərarlı insanam, həyatımın necə olacağına yalnız özüm qərar verirəm.

Kainat qüsursuz nizama malikdir. Mən də bu qüsursuzluğun bir hissəsiyəm.

Özümü çox sevirəm. Çünki mən dünyanın mərkəzindəyəm.

Geri
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
14 10 4 22 16 15

Oxşar xəbərlər Digər trend xəbərləri

1 nəfər yazıb Etkadan kənar şərh yazmaq olmaz

  1. Heç kimə dəxlisi yoxdur

    XAMLİYON__GÖZƏL 11 oktyabr 2021 06:20 0

    Mən tamamilə azadam. Fikirlərim, xəyallarım, ürəyim azaddır. Çünki buna layiqəm!

    Əlbətdə eləyəm !:)

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.