n2006

n2006 Maraqlı 10-10-2021, 13:00

Təbii daşların möcüzəvi faydaları

Təbii daşların möcüzəvi faydaları
Evizində pozitiv enerji yaratmaq və daha rahat ab-hava qurmaq istəyirsinizsə, otaqlarınızı dekorasiya edərkən dəyərli daşlardan istifadə edə bilərsiniz. Evinizin pozitiv enerjisini artıracaq daşlarla sizi tanış edir.
Ametist daşı
Lavanda və bənövşəyi rənglərdə olan ametist daşı evdəki neqativ enerjini təmizləyir. Ailə üzvləri üzərində pozitiv təsiri var. Narahatlıq və yorğunluğu özünə çəkir.
Mərcan daşı
Eşqin simvolu olan mərcan daşı ilə düşüncələrinizə pozitivlik qata bilərsiniz. Diqqətin cəmlənməsini gücləndirir və nəzəri götürür. Bəzi dəri xəstəliklərində effektivdir.
Əqiq daşı
Üzərinizdəki mənfi enerjini atır və evin enerjisini yüksəldir. İnsanı cəsarətləndirir. Uğurun simvolu olan əqiq daşı tənbəlliyi aradan qaldırır və canlanmaq effekti verir.
Kvars daşı
Çəhrayı və duman olmaqla iki rəngdə rast gəlinir. Rənglərinə görə fərqli xüsusiyyətlərə sahibdir. Çəhrayısı sülh, gözəllik və eşqi təmsil edir. Bənövşəyi-göy isə ürək və boğaz ağrılarına müsbət təsir edir.
Nefrit daşı
Uğur və bərəkət rəmiz olan bu daş qədim zamanlardan bəri aksessuar kimi istifadə edilir. Cəsarət, eşq və sülh məfumlarını özündə birləşdirir. Ürək, böyrək, sinir sistemi və immun sisteminə müsbət təsir edir.
Kəhrəba
Qətranın daşlaşması ilə əmələ gələn kəhrəba xəfif və yumşaq quruluşa malikdir. İstilənəndə elektrik və maqnetik hala gəlir. Şəfa niyyəti ilə istifadə olunan kəhrəba soyuqdəymə, tiroid və badamcıq vəzləri kimi narahatlıqlarda müsbət təsirə malikdir.
Geri
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
7 11 18 10 5 10

Oxşar xəbərlər Digər trend xəbərləri

1 nəfər yazıb Etkadan kənar şərh yazmaq olmaz

  1. _Qorxmaz_Biri_ 10 oktyabr 2021 20:00 1

    Evizində pozitiv enerji yaratmaq və daha rahat ab-hava qurmaq istəyirsinizsə, otaqlarınızı dekorasiya edərkən dəyərli daşlardan istifadə edə bilərsiniz. Evinizin pozitiv enerjisini artıracaq daşlarla sizi tanış edir.

    Məndə deyirəm bundan əlavə dənizdə nə enerji var hamı ora yığılır 😆

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.