XAMLİYON__GÖZƏL

XAMLİYON__GÖZƏL Xəbərlər 7-10-2021, 09:33

Vətən Müharibəsi"nin 11-ci günündə nələr baş verirdi? 7 oktyabr.

Vətən Müharibəsi"nin 11-ci günündə nələr baş verirdi? 7 oktyabr.
Torpağı vətən edən şəhid qanıdır. 30 ilə yaxın düşmən tapdağı altında qalan vətən torpağının hər daşına, hər ağacına şəhid qanı çilənirdi. Həyat eşqi aşıb, daşan gənclərin də, övlad sahibi olan orta yaşlı insanların da, bir sözlə uşaqdan böyüyə hər kəsin amalı bir idi. Heç kəsin gözü arxada deyildi. Bir gün başına nələrin gələcəyini təxmin edən düşmən isə bu illər ərzində yalnız müdafiə olunmaq barədə düşünüb. Hektarlarla ərazidə gizlənə bilmək üçün səngər qazıb, bunkerlər yaradıb. Bu isə ordumuzun işini çətinləşdirsə də əsla ləngidə bilməzdi.

Qarabağ atları: onlar da artıq köçkün deyil - REPORTAJ
Azərbaycanın Vətən müharibəsində 5 ay əvvəl şəhid olan əsgəri dəfn edilib
Mikayıl Cabbarov: “Azərbaycanın qeyri-neft məhsullarının ixracında birinci yerdədir”
Müdafiə Nazirliyi saat 10:00-da ordumuzun Cəbrayıl rayonu istiqamətində tam üstünlüyü ələ keçirtdiyini bildirdi.

Həmçinin işğaldan azad olunmuş Şükürbəyli kəndinin yeni videogörüntüləri yayıldı.

Düşmən isə məğlubiyyəti həzm edə bilmir, daha uzaq mənzilli raketlərlə Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndlərini atəşə tutmaqda davam edirdi.

Saat 12:00-da Müdafiə Nazirliyi düşmən texnikalarının məhv edilməsinin növbəti videogörüntüsünü yayımladı. Günorta saatlarında isə cəbhənin müxtəlif istiqamətlərində düşmənin dayaq nöqtələrinin ələ keçirildiyini haqda məlumat verildi.

Elə həmin gün növbəti dəfə Ermənistan silahlı qüvvələri ağır artilleriyadan Ağdam rayonunu müxtəlif istiqamətlərdən atəşə tutdu, nəticədə 1 nəfər həlak oldu.

Saat 15:00-da isə düşmən Tərtər və Füzuli rayonlarının yaşayış məntəqələrini atəşə tutdu.

Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Ermənistan-Azərbaycan dövlət sərhədinin Ağstafa rayonu sahəsində uçuş keçirməyə cəhd göstərərkən vuruldu. Həmçinin Ordumuzun atəşi nəticəsində düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd "Akasiya" özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edildi.

Məğlub edilən Ermənistanda daxili xaos böhran vəziyyətinə çatırdı. Qarabağ ərazisində qanunsuz məskunlaşdırılan xeyli sayda insan Ermənistana axışır, İrəvan isə onları müxtəlif bəhanələrlə geri qaytarmağa çalışırdı. Ermənistanın dövlət və ordu rəhbərləri yenə də itkilərini gizlədir, xalqı hər şeyin yaxşı olacağına inandırmağa çalışırdılar.

Qarşıda düşmən ordusunu tam məğlubiyyətə aparacaq 33 gün gözləyirdi.
Geri
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
18 3 10 19 23 16

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.