n2006

n2006 Maraqlı 6-10-2021, 16:54

Nəsli kəsilmiş 7 heyvan

Nəsli kəsilmiş 7 heyvan
Nəsli kəsilmiş heyvanların sayı kifayət qədərdir. Təbii fəlakətlər, iqlim dəyişikliyi və digər səbəblər heyvanların kütləvi surətdə tələf olmasına gətirib çıxara bilər. Dünyanın təbii bir balansı olduğu üçün bəzi canlıların yox olması təbii prosesdir. Ancaq təbii balansın insan faktoruna görə pozulması, canlıların nəslinin tükənməsi də baş verir. Ovlanmaq nəticəsində də bir neçə növ canlının nəsli kəsilib. Nəsli kəsilmiş heyvanlardan bəzilərini sizə təqdim edirik.

1. Dinozavr: Dünyada indiyədək 500-dən artıq heyvan növünün nəsli kəsilib. Onlardan biri də dinozavrdır. Dinozavrlar təxminən 160 milyon il ərzində yaşayıblar. Onların nəslinin kəsilməsinə dair bir çox sübut var.

2. Pireney keçisi: Sonuncu Pireney keçisi 2000-ci ildə İspaniyada öldürülüb. Daha sonra onun klonu yaradılsa da, ağciyərində yaranan problemə görə o da ölüb.

3. Tüklü mamont: Bir zamanların ən nəhəng heyvanlarından biri olub. Donmuş mamonta DNT-ləri mövcuddur, bu isə onların yenidən həyata qaytarıla bilmək şansı deməkdir.

4. Moa: Boyu 3,5 metri keçən quş növüdür. Ovlanmaqla nəsli kəsilib.

5. İrlandiya maralı: Avropa, Asiya və Afrikada yaşamış dünyadakı ən böyük maral növlərindəndir.

6. Dodo: Uçmayan digər bir quş növü də Dododur. Ovlanma nəticəsində nəsli kəsilib.

7. Qara sərçə: Təbii mühitə dəyən ziyan və bəzi çöl dərmanları nəticəsində nəsli kəsilib.








Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
21 4 9 6 11 6

Oxşar xəbərlər Digər trend xəbərləri

3 nəfər yazıb Etkadan kənar şərh yazmaq olmaz

  1. LaLə

    ÊLfid 7 oktyabr 2021 20:14 1

    Dodo və dinozavrı tanıyırdım sadəcə
  2. MeLeY

    CeNNeTiM 7 oktyabr 2021 06:23 1

    Xəbərə görə təşəkkür💞
    1. Nigar Axundova

      n2006 7 oktyabr 2021 07:43 1

      Dəyməz

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.