reklam
Facebook, Messenger, Whatsapp, Instagram və s. servislər qlobal nasazlıq səbəbilə çöküblər Facebook, Messenger, Whatsapp, Instagram və s. servislər qlobal nasazlıq səbəbilə çöküblər https://loading.az/uploads/posts/2021-10/thumbs/1633380573_loading.az_facebook-messenger-whatsapp-ve-s_-servisler-qlobal-nasazliq-sebebile-cokubler4213.jpg
amon

amon Texnologiya 5-10-2021, 00:49

Facebook, Messenger, Whatsapp, Instagram və s. servislər qlobal nasazlıq səbəbilə çöküblər

Facebook, Messenger, Whatsapp, Instagram və s. servislər qlobal nasazlıq səbəbilə çöküblər
Bir neçə saat bundan öncə məşhur servislərin çalışmalarında ciddi problemlər yaşanmağa başladı. Whatsapp, Facebook, Messenger, TikTok, Netflix, Steam və Playstation kimi servislər ümumiyyətlə çalışmırlar. Mütəxəssislər baş vermiş nasazlığın səbəbini artıq aşkar ediblər. Məlum olub ki, Facebook və Instagram-ın yerləşdikləri server ünvanının necə tapılması prosesini sistemlərə başa salan DNS yazıları səhər saatlarında qlobal yönləndirmə lövhəsindən siliniblər.

Bu səbəbdən də istifadəçilər sosial şəbəkələrə daxil olmaq istədiklərində onlar DNS_PROBE_FINISHED_NXDOMAIN problemi ilə qarşılaşırlar. Buna baxmayaraq sosial şəbəkələrin ana səhifələri bəzi hallarda uğurla yüklənir. TikTok, Twitter, Amazon, Steam və Google kimi servislər də baş vermiş nasazlıqdan əziyyət çəkirlər. Milyonlarla istifadəçilərin bu servislərdən məhrum olduqları üçün Telegram serverləri yüksək yüklənmədən əziyyət çəkirlər. Facebook və Instagram təmsilçiləri bildiriblər ki, onlar bu problemdən xəbərdardırlar və onun tez zamanda həll olunması üçün əllərindən gələni edirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
194 197 228 236 210 219

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.