n2006

n2006 Hekayələr 4-10-2021, 15:00

Kirli səbət

Kirli səbət
Bir alim var idi. Bir gün bir tələbəsi yanına şikayətə gəldi və “hər dəfə dərsə gəlib-getməkdən bezmişəm, çünki beynimdə heç nə qalmır”- dedi.

Alim kirli bir səbət götürüb tələbəsinə verdi bir az irəlidəki su quyusunu göstərib: “get o quyudan bu səbəti doldur gətir”- dedi.

Tələbə alimin dediyi kimi etdi. Səbəti su ilə doldurdu, ancaq geri qayıdana qədər səbətdə su qalmadı.

Alim tələbəsini 3 dəfə də suya göndərdi. Tələbə isə hər dəfə səbəti su ilə doldurur, ancaq hər dəfə də boş səbətlə geri qayıdırdı. Boş yerə suya gedib gəldiyini düşünən tələbə, nəhayət, alimin deyəcəyi son sözü gözləməyə başladı.

Alimin son sözü bu idi: Əsas məsələ quyuya boş və ya dolu gedib gəlməkdə deyil, əsas məsələ quyuya gedib, gəlməkdədir. Bax, suya salıb çıxardıqca səbətin də təmizləndi”

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
30 25 28 26 28 14

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.