ÊLfidÂ

ÊLfid Müxtəlif 2-10-2021, 10:00

Ətrafın nə düşündüyünü boş verin

Ətrafın nə düşündüyünü boş verin
Bir dəfə yıxılanda o qədər pərt hiss etdim ki, sanki dünya oturub mənə baxıb gülürmüş kimi. Sonra evə gəldim, düşündüm ki məni kim gördü? Nə adlarını bilirəm, nə adımı bilirlər. Nə üzlərini görmüşəm, nə onlar mənimkini. Nə bir daha mən onlarla qarşılaşacağam, nə onlar mənimlə. Oturub bu yad adamlar üçün qanamış dizimə dərman tapmaq yerinə qəlbimdə cızıq açım? Həyatımda olan hər yıxılmamda və ya büdrəməmdə mənə zərrə faydası olmayan insanların nə düşündüklərini niyə hesaba qatım axı əgər zamanımı çarə axtarıb özümü diriltməyə sərf etməliyəmsə. Filankəs görəsən nə düşündü? Canına azzarından. Filan kəsin işi olsa məni düşünməyə vaxt tapmaz. Ondan sonra hər büdrəyişimdə uzaq başı ayaqqabımı dəyişdim. Ətrafı düşünməksə deyəsən daha ən sonuncu işim belə deyil.
Geri
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
18 11 12 5 12 8

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.