aynure

aynure özünü 😲 təəccüblənmiş hiss edir. Dəri və saç 30-09-2021, 20:00

Qışa hazırlaşırıq: yeni dəri qulluğu üsulu

Qışa hazırlaşırıq: yeni dəri qulluğu üsulu
Rahat, axşam evdə oturmaq, çay və sevimli serial- payızda başqa hara tələsmək olar?
Lakin yenə də divandan qalxmaq və bayıra çıxmaq gərəkəcəksə, məsləhət görərdik ki, üz və bədən dərini mövsüm dəyişikliyinə hazırlayasan.
 
QORUYUCU KREM İSTİFADƏ ET
Soyuq külək küçədə sənin dərinə mənfi təsir edə bilər.
Əsas dəri qulluğunu dəyişmək vaxtıdır: losyon əvəzinə şi yağı, hiyaluronik turşusu və ya vitamin E tərkibli dolğun nəmləndirici krem seçə bilərsən.
Belə bir formul dərini bərpa edir, nəmləndirir və qoruyur. 
 
QAYNAR DEYİL, İSTİ VANNANI SEÇ
Bayırda temperatur nə qədər aşağı olarsa, bir o qədər çox  vanna və ya duş qəbul etmək istəyirik. Lakin qaynar su  dərini qurudur. 
Sağlam düşüncə №1: isti duş qəbul etmək, amma hər gün.
Sağlam düşüncə №2: prosedurdan sonra nəmləndirici krem istifadə etmək.
Sağlam düşüncə №3: qaynar vannanı həftədə bir dəfə qəbul etmək, məsələn, istirahət günləri rahatlaşmaq istədikdə.
 
ƏLCƏK GEYİN (HƏMİŞƏ)
Əl dərisi quruduqda və kobudlaşdıqda heç kəsə xoş gəlmir.
Ona görə də payız mövsümünə düzgün başla, əl üçün nəmləndirici kremi çantanda daşı və hər zaman əlcək və ya təkbarmaq əlcək geyin.

HAVA NƏMLƏNDİRİCİSİ AL
Dəri qıcıqlanmasına yalnız soyuq hava səbəb olmur.
Kondisioner otaqda havanı qurudur, buna görə də iş üçün hava nəmləndirici almaq barədə düşün, tez-tez nəmli təmizlik apar və evdə batareyaların gücünü tənzimlə.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
18 18 35 19 28 16

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.