Morpho peleides

Morpho peleides Maraqlı 28-09-2021, 15:00

Mark Tvenə görə xoşbəxtliyin 9 sirri

Mark Tvenə görə xoşbəxtliyin 9 sirri

1. Özündən məmnun olmayan insan həyatdan məmnun ola bilməz.

Özünüzdən, öz davranışınızdan və hərəkətlərinizdən məmnun deyilsinizsə, həmişə narahatlıqdan əziyyət çəkməli olacaqsız.

Özündən məmnun insan sakitdir, özünü daxilən azad hiss edir və həqiqətən arzuladığı hər şeyə nail ola bilər.

Özünüzü daxilən azad hiss etmirsizsə, bu, sizin yüksəlişinizə ciddi əngəl olacaq. Hətta yüksəliş yollarını düzgün müəyyən etsəz belə, daxili azadlığın olmaması irəliləyiş yolunda müqavimətə çevriləcək.

Azad olmağı bacarmalısız. Başqalarından bəyəni gözləməyin. Bəyənini öz içinizdə axtarın. Bu daxili səddi aşın və özünüzə sahib çıxın. Elə də asan məsələ deyil, öhdəsindən gəlmək bir xeyli zaman çəkə bilər, odur ki, ruhdan düşməyin.

2. Yaş yalnız sizin şüurunuzdadır. Əgər onun haqda düşünmürsüzsə, deməli, mövcud deyil.

Bir çox sədlər məhz şüurumuzdadır. Bizə elə gəlir ki, hansısa işlə məşğul olmaq üçün yaşımız ötüb, bu iş daha bizlik deyil, bundan sonra dəyişə bilmərik.

İnamla deyə bilərəm, həyatda elə bir vəziyyət çətin mümkün olsun ki, ürəyinizə yatan bir işlə məşğuliyyət üçün artıq gecikmiş olasız.

3. Gülüş – insana məxsus olan ən güclü silahdır; heç kim incə yumor həmləsinə duruş gəritə bilməz.

Yumor istənilən ciddi vəziyyəti gülüş üçün zəminə çevirə bilir. Gülüş xoş ovqatın rəhnidir. Ovqat yaxşı olanda işləmək də asan olur, çünki gülüş mənfi emosiyaları beyindən sıxıb çıxarır, müsbət yüklü beyin bədəndə yeni güc axını yaradır.


4. Qəzəb – içində saxlandığı qabı aşındıran turşu kimidir. O, saxlandığı qaba töküldüyü qabdan daha çox zərər yetirir.

Qəzəb ilk növbədə bətnində yuva saldığı kəs üçün dağıdıcı, ən azından isə faydasızdır.
Birinə qarşı daimi qəzəbiniz varsa, anlamalısız ki, bununla həmin adama deyil, elə özünüzə zərər yetirirsiniz. Ola bilsin, həmin adamın sizin qəzəbinizdən heç xəbəri yoxdur.


5. Sanmayın ki, dünya sizə nədəsə borcludur. Dünyanın sizə heç bir borcu yoxdur. O, sizdən əvvəl də mövcud idi.


Birdəfəlik qəbul etmək lazımdır ki, dünyada bir çox şeylər bizə aydın olmayan qaydalarla cərəyan edir, əgər görürsüzsə ki, nəsə siz istəyən kimi getmir, bunda kimisə günahlandırmağa gərək yoxdur.

Çalışın arzu etdiyiniz şeylərə öz əzminizlə nail olasız. Dünya indiyədək çox ədalətsizliklərə şahiddir, hesab etməyin ki, ən dəhşətli ədalətsizlik belə onun sonu ola bilər.

6. Yeni ideyalarla ortaya çıxan insanı bu ideyalar uğur qazanmayınca əcaib sayırlar.

Yeniliklər həmişə qorxuducudur. İnsanların yeni ideyalara göstərdiyi reaksiya sizi və ya sizin ideyalarınızı deyil, həmin adamların özlərini səciyyyələndirir.

Bu, onların daxili hissidir, həmin hiss sözlərində, hərəkətlərində və mühakimələrində ifadə olunur. Hətta ən qorxunc vəziyyətdə də onlar sizi gec-tez rahat buraxacaq və öz işlərinin başına qayıdacaqlar.

7. Pessimizm – zəif əsəbli adamların müdriklik kimi başa düşdüyü sözcükdən başqa bir şey deyildir.

Qeyri-iradi olaraq diqqətinizi problemlərə cəmləməklə siz yaxşıya doğru yolunuzu özünüz qapadırsız. Problemlər barədə düşüncələri bir az qovun ki, qəlbinizdə fərəh üçün yer açılsın.

8. Öz ruhunu yüksəltməyin ən yaxşı yolu başqasının ruhunu yüksəltməkdir.

Çətinliyə düşmüş bir insana, hətta tanımadığınız biri olsa, imkan daxilində kömək göstərdikdə ruhunuz mütləq yüksələcək.

İnsanın özünü xilaskar kimi görməsi fərəh doğurmaya bilməz. Eyni zamanda, yardım etdiyiniz adam da əvəzində sizə və ya başqa birinə yardım etməyə çalışacaq. Beləcə, şəfqət hissi getdikcə daha çox adamı bürüyəcək.

9. İyirmi il sonra siz etdiklərinizdən daha çox, etmədiklərinizə görə təəssüf çəkəcəksiz.

Buna görə də yelkənləri qaldırın və sakit limanı tərk edin. Yelkənləriniz üçün səmt küləyi seçin. Axtarın. Xəyallar qurun. Kəşflər edin.

P.S hamısını oxumağa səbriniz çatmaya bilər,amma əgər bunu oxuyursunuzsa,nə olur olsun şikayət etməyin,ümidinizi üzməyin və hər zaman ürəyinizi təmiz tutun.Be positive🌝Əgər həqiqətən ürəyiniz gözəldirsə,içində hər hansı bir pislik yoxdursa,hər şey çox gözəl olacaq.İnanın))
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
36 11 16 14 14 11

Oxşar xəbərlər Digər trend xəbərləri

1 nəfər yazıb Etkadan kənar şərh yazmaq olmaz

  1. Heç kimə dəxlisi yoxdur

    XAMLİYON__GÖZƏL 29 sentyabr 2021 23:35 1

    8. Öz ruhunu yüksəltməyin ən yaxşı yolu başqasının ruhunu yüksəltməkdir.

    Çətinliyə düşmüş bir insana, hətta tanımadığınız biri olsa, imkan daxilində kömək göstərdikdə ruhunuz mütləq yüksələcək.

    İnsanın özünü xilaskar kimi görməsi fərəh doğurmaya bilməz. Eyni zamanda, yardım etdiyiniz adam da əvəzində sizə və ya başqa birinə yardım etməyə çalışacaq. Beləcə, şəfqət hissi getdikcə daha çox adamı bürüyəcək

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.