amon

amon Azərbaycan 27-09-2021, 00:00

Azərbaycanda Anım Günüdür

Azərbaycanda Anım Günüdür
Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

Bununla əlaqədar olaraq bu il Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.

Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və "Alov qüllələri"nin üzərində Azərbaycan bayrağı əks olunacaq. Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi tərəfindən anım tədbirləri keçiriləcək.

Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcək.
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
23 21 17 17 17 31

Oxşar xəbərlər Digər trend xəbərləri

3 nəfər yazıb Etkadan kənar şərh yazmaq olmaz

  1. ☝๑۩√ιק۩๑ Resul ๑۩√ιק۩๑☝

    ODiNoKiY_VoLK 27 sentyabr 2021 10:51 3

    NECE VALIDEYINLERIN BACI QARDASLARIN YARLARIN GOZU YASLI QALDI NECE QARA SACLAR AGARDI NECE UREKLER DOZMEDI DUNYASIN DEYISDI.ALLAH SEHIDLERIMIZE REHMET ELESIN QALAN QAZILERE ZABIT ESGERLERE CAN CAQLIQI ARZU EDIREM.COX AGIR DERTDI.....(((ALLAH sebr versin yaxinlarina bizde onun icinde....(
  2. Heç kimə dəxlisi yoxdur

    XAMLİYON__GÖZƏL 27 sentyabr 2021 10:45 1

    ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN 🤲😔

    Qazilərimizə can sağlığı versin 🤲
  3. MeLeY

    CeNNeTiM 27 sentyabr 2021 09:24 1

    ALLAH bütün şəhidlərə rəhmət etsin
    Ailələrinə səbr versin.amin🤲

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.