aynure

aynure özünü 🤔 fikirli hiss edir. Sevgi 24-09-2021, 16:59

Sevgi nədir? Sevgi necə olur?

Sevgi nədir? Sevgi necə olur?
Bir çox insanın ağızında bilindik bir söz var. "Onu çox sevirəm...". Həyatımızda söyləyə biləcəyimiz bəlkə də ən gözəl söz sevgi və onunla birlikdə qurulan hər cümlə. Məni düşündürən isə hər cümləyə uyğun gələn bu sözün nə qədər dolu və mənalı olduğu. Sevgi, o qədər ağır bir söz ki uyğun yerdə istifadə edilmədiyində ya da yaşanmadığında insanın ürəyinə çökür. Sevgi bu qədər təhlükəli bir sözmü? Məncə xeyr. Təhlükəli olan şey, insanların istifadə etməsi lazım olan sözlər yerinə sevgini qoymaq istəmələri. Bu bəlkə də insandakı zəiflikdən irəli gəlir. Hiss etdiyimiz hər duyğunun sevgi olduğunu düşünmək məncə çox mənasız. Sevgi bir neçə gündə ya da hadisədə qazanılacaq bir varlıq deyil ki. Düşünün bir; insan anasını niyə sevər? Çünki anası hər şeyi qarşılıqsız etmişdir. Kiçik bir körpədən nə gözləyə bilər ki, ya da savunmasız bir uşaqdan. Ana, içindəki qaynaqdan axan bu duyğunun töküldüyü yeri görmüşdür yalnız. Tək istəyi onu bilməkdir, o sevginin varlığını yaşatmaqdır.
Sevən insan yalnız bir qaynaqdır. Sevgi isə içindəki qaynağın meyvəsidir. Sevdiyimiz zaman içimizdəki bu bənzərsiz və sonu olmayan qaynağı paylaşmağa başlarıq. Məqsədimiz, bir şeylər almaq deyil əksinə verməkdir. Qarşılıqlarla edilən hər şey sevginin xaricində yaşar. Sevgiyə aid heç bir şeydə qarşılıq tapa bilməz və heç bir şeydə eqoist ola bilməzsiniz.

Sevgi dəqiqdir. Sevən insanın dünyası qarışıqlıq ya da suallarla deyil, ümidlər və anlarla doludur. Sevən insan sual soruşmaz. Cavab gözləməz. Sevən insan sahib olduğu anın dəyərini bilər. Dünənlə və ya qızğın hesablarla məşğul olmaz. Onun üçün əhəmiyyətli olan tək şey, həyatın ən möhkəm qulpuna yapışmaqdır.
Əgər sevgi, gerçəkləri görmənizə mane olur və ya dəqiq düşünmənizi önləyirsə, hiss etdiyiniz şeyin sevgi olmadığını bilin. Sevmək, çox vaxt ağrını yaşamaq və buna dözməyə çalışmaqdır. Bəzən sevdiyinizə qarşı mərhəmətsiz belə ola bilərsiniz. Əgər bu, o insanı inkişaf etdirəcək və ya gözəlləşdirəcəksə bunu etməniz lazım olduğunu bilərsiniz. Dedim ya, sevgi bu cür ağır bir yük insanın ağızında. Hər yerdə deyilməz və hər kəsə baxılmaz ağızımızdan bu söz çıxdığında. Hər şeyi qəbul etməz sevən insan. Bəlkə dözər amma uzaqtan sevər. İçinə basdırar səhvlərini amma onlara məruz qalmaz. Yenə də ən gözəlini diləyər. Şərtləri, sərhədləri olmaz amma qaydaları vardır sevən insanın. Hər kəsə paylamaz qaynağını, qiymətli olduğunu bilər və haqq edən üçün saxlayar. Qarşısına çıxdığında həsab etməz nə qədər sevdiyini. Ədədlərə və ya maddələrə bağlamaz. Etdiklərini yazmaz çirkli dəftərinə, qarşılıqsız edəcəklərini planlar yalnız. Layiq olduğunu düşünənə qədər təqdim edər qaynağını və sonunda kəsməsini bilər. Amma geri götürməz o isti hissini

Sevən insan, açıq danışar; susmaz qorxduğu zaman ya da danışmaz gözləri parıldayarkən. Sevən insan, az olar. Eyni günəşin baxdığı vaxt kimi. Getməsini bilər, gəlmək məcburiyyətində olduğunu bildiyi kimi... Sevən insan, aya bənzər; günəş ola bilmədiyində tək buraxmaz sevdiyini. Bir parça olsun əks etdirər gözəlliyini... Sevən insan, isti olar; güldüyündə istilədər ürəkləri, kədərləndiyində sızladıyar. Sevən insan, bağlı olar; hər an fərqli yaşar gözəllikləri və yenidən kəşf edər sevdiyini... Sevən insanın ürəyi ağırdır; nə daşımağa gəlir həyat boyu nə də əyilib buraxmağa...
Sizcə Sevən insan necə olmalıdır?
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
28 28 40 37 38 54

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.