amon

amon Xəbərlər 23-09-2021, 16:58

İctimai nəqliyyatın fəaliyyətində və toyların keçirilməsində dəyişikliklər olacaq?

İctimai nəqliyyatın fəaliyyətində və toyların keçirilməsində dəyişikliklər olacaq?
2020-ci ildən koronavirus bəlası bütün dünyanı bürüyüb. 2021-ci ilin yanvar ayından ölkəmizə vaksinlər gətirildi. Bu yay isə pandemiya ilə bağlı bəzi qadağalar yumşaldıldı. Toylara icazə verildikdən sonra limitdən çox insan çağırırdı. bəziləri "COVID-19" pasportu olmadan toya gedirdilər. Nəticədə yoluxma sayı artdı. Şənbə-bazar ictimai nəqliyyatın işləməməsi hələ də davam edir. Bu da insanları ən çox narahat edən məsələlərdəndir.

Bəs həftəsonları avtobus və metrolar nə zaman açılacaq?

Məsələ ilə bağlı açıqlama verən millət vəkili Naqif Həmzəyev bildirib ki, həftəsonları avtobus və metroların açılması üçün təkliflər hazırlanır:

"Həftəsonları ictimai nəqliyyatın işləməməsi insanları çox narahat edir. Şənbə və bazar günlərində avtobus və meroların işləməməsinin səbəbi odur ki, həftə içi ictimai nəqliyyat çox yüklənir və həftəsonları onların dezinfeksiya işləri görülür. Məndə olan məlumata görə, bununla bağlı ekspertlər müəyyən təkliflər hazırlayırlar. Ehtimal var ki, yoluxma sayı azalacağı halda həftəsonları ictimai nəqliyyat işləyəcək".

Digər sual isə məhərrəmlik ayından sonra toyların keçirilməsi qaydalarında hər hansı bir dəyişikliklərin olub-olmayacağı ilə bağlıdır.

Naqif Həmzəyevin sözlərinə görə, məsələ ilə bağlı heç bir dəyişiklik edilməyəcək:

"Düşünürəm ki, insanların əksəriyyəti vaksinin birinci və ikinci dozasını vurdurduğu üçün toyların keçirilməsi hər zamankı qaydalarla davam edəcək. Mən özüm iki doza "Sinovac" və 2 doza "Pfizer" vaksini vurdurmuşam. Heç nədən qorxmaq lazım deyil. Əksinə, vaksin vurdurmamaq qorxuludur. Vaksin vurdurmadan saxta pasport alanları qınayıram. Belə hallar yolverilməzdir".
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
22 14 18 18 28 34

Oxşar xəbərlər Digər trend xəbərləri

3 nəfər yazıb Etkadan kənar şərh yazmaq olmaz

  1. MeLeY

    CeNNeTiM 24 sentyabr 2021 07:42 2

    İnsanlar vaksindən qorxub vurdurmur deyə bu gündəyik. Məsuliyyət hissi yoxdu camaatda😐
  2. luna

    laluna 23 sentyabr 2021 19:35 1

    Covid posportunu pulla satanlar ve o cümleden alanlarda düşünmürdülermi ki bele olacaq..... her görünmemiş hoqqabazlıq bizim milletden cıxır di yaxşı olur bize
  3. ❤️ELNARE ❤️

    Elnare 23 sentyabr 2021 19:23 1

    Aydaaa bezdik resmen. Besdirinde bu karona ancaq alti bazar hefte sonlari gelir yoluxmaga? Hefte ici gelmir? Insanlarin psixolgiyasinida pozmusuze

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.