amon

amon İdman 23-09-2021, 14:52

Benzemadan rekord

Benzemadan rekord
Real Madrid-in futbolçusu Kərim Benzema yeni rekorda imza atıb.

Loading.az xəbər verir ki, hücumçu buna La Liqanın VI turunda Mallorca-nı 6:1 hesabı ilə məğlub etdikləri matçda nail olub.

Fransalı forvard qarşılaşmada iki qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Beləliklə, o, 6 turdan sonra 8 qol və 7 məhsuldar ilə yadda qalıb. Bu da Avropanın "top-5" liqalarında XXI əsrdə bir futbolçu üçün rekord göstərici hesab edilir. Benzema bu görüşdə La Liqada 200-cü qoluna da imza atıb.

Qeyd edək ki, Real Madrid 16 xalla turnir cədvəlinə başçılıq edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
22 13 21 8 25 15

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.