n2006

n2006 Hekayələr 21-09-2021, 20:11

Həyat nədir?

Həyat nədir?
Bir gün uşaq valideynlerin yanına yaxınlaşıb soruşdu, “Həyat nədir?”, amma valideynlər uşağı başlarından edirlər. Əllərində çoxlu vacib ciddi iş var idi və balaca uşağın verdiyi mənasız suallarına cavab verməyə vaxtları olmayıb.

Səhərsi günü baxçada yaşlı, işindən və həyatından bezən, uşaqların səsindən yorulmuş,və ona etibar edilmiş uşaqları yatızdırmağa çalışan tərbiyəçi qadından soruşdu “Həyat nədir?”. "Həyat qaydaları icra etmək deməkdir", deyib, uşağı yatmağa göndərib. Amma uşaq çox ağıllı idi. Bu cavabla kifayətlənmədi. Axşam öz yerində uzanıb fikirləşirdi ki "Ola bilməz ki,həyat ancaq qaydaları icra etmək demək olsun". Uşaq əmin idi ki, bundan başqa da nəysə olmalıdır. Onda uşaq öz nənəsindən soruşdu – “Həyat nədir?” Nənəsi sobanın yanında dayanıb yemək bişirirdi. Uşağa baxıb gülümsədi, və dedi: “Həyat uşaqları böyütmək və öz nəvələrinə qulluq etmək deməkdir”. Amma uşağın bu cavabdan da xoşu gəlmədi. O fikirləşdi ki “Ola bilməz ki həyat ancaq uşaqdan və nəvədən ibarət olsun”. Və uşaq sualının cavabını axtarmağa davam etdi.

Çoxlarından soruşdu “Həyat nədir?” Və çoxlu cavablar eşitdi.
Kimsə deyib - “Həyat uğurlu karyeradır”, idmançı - “Həyat qalib olmaqdır” deyib. Kimsə - “Həyat sevgi və dostluqdu” deyib. Əlil deyib ki "Həyat sınaqdır və bu sınaqlı yolu laiqli keçməlisən".

Uşaq bezmədən bu sualı çoxlu insana verib, amma axtaran cavabı tapa bilmirdi.
Günlərin bir günü həmin uşaq, hansınınki o vaxtı daha 80 yaşı tamam olmuşdur . Hansı ki həyatında çoxlu çətinlik görüb və o çətinliklərə qalib gəlmişdir. Hansı ki uğurla öz karyerasını qurub. Hansı ki özünə, sevən və özü sevən xanım tapıb ailə qurmuşdur, uşaq böyüdüb nəvələrini görmüşdür.
Bir gün 80 yaşlı uşaq güzgüyə yaxınlaşıb və özü özündən soruşdu “Həyat nədir?”
“Ay Axmaq!!! “güzgüdə olan əksi cavab verdi ona “Həyat sadəcə sənin sualındı və sualının cavabını axtarmaqdır”.
12 saatdan sonra həmin 80 yaşlı uşaq öz dünyasını dəyişmişdir. Amma o bu dünyadan xoşbəxt gedib, çünki o artıq həyatın nə olduğunu bilirdi!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
9 17 34 23 27 35

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.