n2006

n2006 Şeirlər 19-09-2021, 09:50

YALAN

YALAN
Yalan ve Zaman

Yalan gözəl olurmuş,
bir zaman gerçəkləşib.
Zamana tərif gəlib,
zaman da,
göyçəkləşib,
Yalan çıxıb kürsüyə
məmnun-məmnun zamana
minnətdarlıq eləyir.
Gedir karvan yolunda
o,zəvvarlıq eləyir.
Bəh-bəh
yalan şeytana,
daşmı atacaq indi?
Elə bil ki,bu dünya
birdən batacaq indi…



Nə qədər ailəni başçısız qoyub,
Nə qədər evləri yıxıb bu yalan.
Nə qədər igidi zindana salıb,
Nə qədər insanı məhv edib yalan.

Dünya yalan üstdə qurulub sanki
İnsan yalanlarla doğulub sanki
Yalan insanlara vurulub sanki
Həyatmızı artıq zəbt edib yalan.

İstəsək onnanda qaça bilərik,
Sözləri düşünüb deyə bilərik,
Həyatmızı düzgün qura bilərik,
Ağıla qalibmi gəlib bu yalan?
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
21 13 6 27 22 21

Oxşar xəbərlər Digər trend xəbərləri

1 nəfər yazıb Etkadan kənar şərh yazmaq olmaz

  1. VeneSSa 19 sentyabr 2021 23:03 1


    İstəsək onnanda qaça bilərik,
    Sözləri düşünüb deyə bilərik,
    Həyatmızı düzgün qura bilərik,
    Ağıla qalibmi gəlib bu yalan?


    Mənalı şeirdir. Həqiqət var hər bir sətirində.. Bu misranı ayrı sevdim..

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.