aynure

aynure özünü 🙃 xoş hiss edir. Mətbəx 18-09-2021, 16:53

Mon Plezir Tortu

Mon Plezir Tortu
“Mon Plaisir” (Mon Plezir) fransız dilindən tərcümədə “mənim zövqüm” deməkdirbu

Tərkibi:
1 stəkan un
3/4 stəkan kartof nişastası
1-1/2 stəkan şəkər tozu
300 qr otaq temperaturunda yumşaldılmış kərə yağı
9 ədəd yumurta
250 qr qoz ləpəsi
2 çay qaşığı qabartma tozu
Şokoladlı krem üçün:

400 qr kərə yağı
3 xörək qaşığı şəkər kirşanı
1 banka qatılaşdırılmış süd
5 xörək qaşığı kakao


Hazırlanma qaydası:
Bir qabda yumurta və şəkər kirşanını mikserlə yaxşıca çırpın. Başqa bir qabda kərə yağını çırpın. Üzərinə kartof nişastası və xırdalanmış qoz ləpəsi əlavə edib qarışdırın. Yumurta qarışığını da kərə yağı qarışığına əlavə edib çırpmağa davam edin. Qabartma tozu və un töküb qarışdırın. Çırpdığınız kütləni yağlanmış soba sinisinə yayın və əvvəlcədən 180-190 dərəcə qızdırılmış sobada 1-1,5 saat bişirin. Sobanı söndürüb biskviti içərisində 10 dəqiqə saxlayın. Sobadan çıxarıb soyuyan biskviti 2 hissəyə bölün.

Şokoladlı kremi hazırlamaq üçün bir qabda kərə yağını mikserlə çırpın. Üzərinə qatılaşdırılmış süd və kakaonu əlavə edib krem konsistensiyası alınanadək yaxşıca çırpın.

Biksvitin üzərini və kənarlarını kremləyin. Üzərini zövqə görə bəzəyə bilərsiniz.
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
54 32 33 55 33 30

Oxşar xəbərlər Digər trend xəbərləri

3 nəfər yazıb Etkadan kənar şərh yazmaq olmaz

  1. LaLə

    ÊLfid 23 sentyabr 2021 03:48 1

    Ss aldım. Çox gəşəy görünür. Çox sağolun resept üçün
    1. Sadece sen❤️🔐

      aynure 23 sentyabr 2021 03:51 1

      Deymez
  2. MeLeY

    CeNNeTiM 21 sentyabr 2021 16:14 1

    Təşəkkür.dadlı xəbərə görə😋😇

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.