n2006

n2006 özünü 😍 sevimli hiss edir. Şeirlər 18-09-2021, 17:07

❤️Duysun qəlbimi ❤️

❤️Duysun qəlbimi ❤️
❤️Duysun qəlbimi ❤️

Həmdəm istəyirəm, aşiqim olsun,
Götürsün çiyninə dərdi-sərimi.
Qoymasın budaqda güllərim solsun,
Tapım bu həyatda mən öz yerimi.



Həmdəm istəyirəm, həyat yolunda
Büdrəsəm, dayağım, dirəyim olsun.
Həmdəm istəyirəm, qolu-qolumda,
Ürəyi də mənim eşqimlə dolsun.



Həmdəm istəyirəm, nağıl dünyada
Haqqın yollarında yeritsin məni.
Həmdəm istəyirəm, donmuş eşqimlə
İsti nəfəsində əritsin məni.



Həmdəm istəyirəm, ruh verib mənə
Qaldırsın səmaya qanadlarımı.
Büllur çilçıraq tək girsin qəlbimə,
İllərə döndərsin saatlarımı.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
22 32 26 8 14 20

Oxşar xəbərlər Digər trend xəbərləri

3 nəfər yazıb Etkadan kənar şərh yazmaq olmaz

  1. Lola

    poppy 18 sentyabr 2021 21:08 1

    Həmdəm istəyirəm, həyat yolunda
    Büdrəsəm, dayağım, dirəyim olsun.
    Həmdəm istəyirəm, qolu-qolumda,
    Ürəyi də mənim eşqimlə dolsun.
  2. Mələy0001 18 sentyabr 2021 19:21 1

    Əllərinə sağlıq gözəlim
    1. Nigar Axundova

      n2006 18 sentyabr 2021 19:53 0

      Təşəkkürlər

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.