n2006

n2006 özünü 😟 tənha hiss edir. Şeirlər 16-09-2021, 08:00

Bu sevgi

Bu sevgi
Gələndə döyməyir qapı - bacanı,
Bürüyüb adıyla bütün cahanı.
Nə yaşlı tanıyır, nə də cavanı,
Salır öz bəndinə baxsan bu sevgi.

Pərişan olsan da cəlb edir səni,
Xəyalda tam başqa məst edir səni.
Coşan bir dalğadı,vəsf edir səni,
Üz vurub sahilə axsan bu sevgi.


Nə kəmi bilinməz,nə də ki çoxu,
Tutulsan bir dərddir, çəkilər yuxu.
“Hə”desə cənnəti,cəhənnəm yoxu,
Sığışmaz dəftərə,yazsan bu sevgi.

Zirvədən zirvəyə qalxar ucalar,
Bəzən gah küsdürər,gah könlün alar,
İnsanı dünyadan dünyaya salar,
Gör nəyə qadirdi dadsan bu sevgi.
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
10 16 18 21 24 19

Oxşar xəbərlər Digər trend xəbərləri

2 nəfər yazıb Etkadan kənar şərh yazmaq olmaz

  1. ❤️ELNARE ❤️

    Elnare 16 sentyabr 2021 17:03 1

    Qeshey maraqli sheirdi. Beyendim. Paylashima gore coxsagol
    1. Nigar Axundova

      n2006 16 sentyabr 2021 17:14 0

      Dəyməz

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.