amon

amon Mətbəx 9-09-2021, 18:30

Ətirli Limonlu Peçenye

Ətirli Limonlu Peçenye Ətirli Limonlu Peçenye {descr}
Limonlu peçenyelərin ləzzətinə limonlu krem də əlavə olunduqda ortaya xoş ətirli çox ləzzətli peçenyelər çıxır. Loading.az çay süfrəsi üçün fərqli bir ləzzətin reseptini təqdim edir.

Tərkibi:
120 qr kərə yağı (oyaq temperaturunda yumşaldılmış)
1 ədəd yumurta
1,5 çay qaşığı şəkər kirşanı
1 limonun rəndələnmiş qabığı
1 çay qaşığı qabartma tozu
1 çimdik duz
2 stəkandan bir barmaq aşağı un


Hazırlanma qaydası: Otaq temperaturunda yumşaldılmış kərə yağını şəkər tozuyla birlikdə mikserlə çırpın. Üzərinə yumurta sarısı və limon qabıqlarını əlavə edib 1 dəqiqə də çırpın. Un, duz və qabartma tozu da əlavə edib yumşaq bir xəmir yoğurun. Xəmirin üzərini örtüb 20 dəqiqəlik soyuducuya yerləşdirin. Xəmirdən qoz böyüklüyündə tikələr qoparıb əlinizlə yuvarlayıb yastılaşdırın. Orta hissəsisini barmağınızla çuxurlaşdırın. Xəmirləri yağlı kağız sərilmiş siniyə düzüb əvvəlcədən 160 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Alt hissəsi qızarıb üstü ağ qalmalıdır. Peçenyelər soyuduqda barmağınızla açdığınız çuxura limonlu kremi tökün.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
55 49 38 51 42 40

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.