n2006

n2006 Şeirlər 6-09-2021, 20:00

BAĞIŞLA MƏNİ

BAĞIŞLA MƏNİ
Nə qədər səbr edim nə qədər dözüm,
Səni gözləməkdən kor olub gözüm.
Qulaq as hələki bitməyib sözüm,
Nə olar sevgilim bağışla məni.

Nəmli gözlərimi bəlkə siləsən,
Həyat düşmənimdir gərək biləsən.
Mənə bu vuruşda kömək edəsən,
Nə olar sevgilim bağışla məni.

Tut artıq əlimi daha buraxma,
Su olub könlümdən heç yana axma.
Sən tək heç kim çatmaz sorağma,
Nə olar sevgilim bağışla məni.

Ağlayıb sevgilim sızlatma ürək,
Sevda yollarında birgə yürüyək.
Samire könül ver, səndə onun tək,
Nə olar sevgilim bağışla məni.
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
12 39 18 17 18 19

Oxşar xəbərlər Digər trend xəbərləri

1 nəfər yazıb Etkadan kənar şərh yazmaq olmaz

  1. Şəhriyar Allahyaroglu

    Şəhriyar Allahyaroölu 8 sentyabr 2021 08:12 1

    Super şeirdir,bu şeirdən o zamanların xatirə dəftərinin qoxusu vurdu məni.Təbriklər,uğurlar

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.