ONLAYN: 16

Qonaq: 463 Cəmi: 482
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 542,8 Min
2) Elnare » 439,1 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) amon » 369,7 Min
6) L e o n » 357,2 Min
7) Avara_Şair » 321,6 Min
8) AzizA » 291,6 Min
9) ÊLfid » 265,4 Min
10) Sensiz darixiram » 244,7 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Th30 » 78 cavab
8) Melis » 74 cavab
9) amon » 66 cavab
10) ^_^ GÜLÜM ^_^ » 43 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) n2006 - 2 saat 25 deq.
2) amon - 1 saat 51 deq.
3) aynure - 1 saat 36 deq.
4) XAMLİYON__GÖZƏL - 53 deq.
5) VeneSSa - 42 deq.
6) MOCUZE - 39 deq.
7) Riko15 - 36 deq.
8) Avara_Şair - 24 deq.
9) Elnare - 20 deq.
10) Mələy0001 - 13 deq.
Həyatda pozitiv olmağınızı təmin edəcək 7 vərdiş
Məsləhətlər Yüklə
Həyatda pozitiv olmağınızı təmin edəcək 7 vərdiş
Bəzi insanlar bəzən xoşbəxt, bəzənsə bədbəxt bir həyat yaşamağın müsbət və mənfi cəhətləri ilə mübarizə aparırlar. Həyatda sizi pozitiv saxlayacaq vərdişləri təqdim edirik.
Mükəmməl bir həyat yaşamaq üçün daim pozitiv qalmalısınız. Buna çalışdıqda problemlər əngəl yaradır? Bəli, bütün bəlalar sizi əhatə edə bilər. Lakin sizin müsbət düşüncəli insan olmağa səsləyən bəzi vərdişlərə yiyələnməyiniz lazımdır. Pozitiv olmağınızı təmin edəcək vərdişlər axtarırsınızsa məqaləmizi sona kimi oxuyun.

Daxili dünyanızdakı mənfi düşüncələri bir kənara qoymağın vaxtıdır. Əvvəlcə müsbət düşünməyin yaxşı və pis vəziyyətlərə reaksiyalarınızla əlaqəli bir ruhi vəziyyət olduğunu unutmayın. Həyatınıza rəng qatacaq, sizi daim enerjili və təşəbbüskar bir insan halına gətirəcək və pozitiv olmaq üçün qızıl qaydalar aşağıdakılardır:

1. Dünyaya yalnız lazım olan şeylər verin

Həyatda pozitiv olmağınızı təmin edəcək 7 vərdiş

Dedi-qodu etmək, yalan danışmaq, başqaları haqqında pis fikir səsləndirmək kimi vərdişlər sizi geriyə çəkən hallardır. Başqaları haqda danışarkən onların da sizdən danışdığını unutmayın. Özünüzə olan hörmətinizi artırmaq və başqaları ilə müqayisə etmədən öz dəyərlərinizi tapmaq ən vacib məqamdır.

“Söylənənlərə baş qoşma, görənlər səni bir ot sansın. Sən gül ol, uğrunda oxumayan bülbül utansın”. Mövlana

2. Özünüz olun



Yeddi milyard insan arasında özünəməxsus bir fərd olduğunuzu bilirsinizmi? Bəli, səhv eşitmədiniz. Bu qədər insanın içərisində ən xüsusi, dəyərli və qiymətli insansınız. Həmişə müsbət davranışlarınız və uğurlarınızla özünüzü xoşbəxt edə bilərsiniz. Ancaq həyat tərziniz və uğurlarınızla çox öyünməyin. Həmişə özünüz olun!

“Olmaz dediyin və varsa, olar. Düşmərəm desən düşərsən, çaşmaram desən çaşarsan. Öldüm deyə durarsan, yenə də yaşayarsan”. Mövlana

3. Başqaları ilə mülayim davranın



Özünüzə verdiyiniz önəmin bir qismini digərlərinə verməyi unutmayın. Başqalarına həqiqətən qayğı göstərdiyiniz zaman, ağlınız insanlarda yaxşı hərəkətlər tapacaq. Bu hərəkətinizlə daim təqdir olunacağınızı unutmayın. Pozitiv insan olmaq üçün neqativlik yaymamaq ən vacibidir. Dostlarınızın pozitiv olması sizə də yansıyacaq.

“Xoşbəxt olmaq istəyirsənsə, başqalarının xoşbəxtliyi üçün çalış. Bunun sevinci səni xoşbəxt etmək üçün kifayət edəcək”. Ludwig van Beethoven

4. Mübahisədən yayının



Həyatda qarşınıza qoyduğunuz hədəflərə hər zaman iddialı olmağı öyrənməlisiniz. İnandığınıza qarşı iddialarınızdan imtina etsəniz, özünüz və əhatənizlə mübahisə vəziyyəti yaranacaq. Hisslərinizi, istəklərinizi və ehtiyaclarınızı ifadə etməkdən çəkinməyin. Hər zaman dəqiq və qətiyyətli olmaq sizi yarana biləcək münaqişələrdən uzaqlaşdıracaq. Qəzəblənmək, mübahisə etmək itirməyinəzə səbəb olar.

"Cahillə münaqişəyə girmə. Ya səni özündən çıxaracaq, ya da rüsvayçılıq edəcək”. Mövlana

5. Gülümsəyin



Heç vaxt gülümsəməkdən imtina etməyin. Bir çimdik təbəssüm də beyninizdə xoşbəxt düşüncələrin meydana gəlməsini dəstəkləyir. Kanzas Universitetində aparılan araşdırma zamanı insanların ağzına qələm yerləşdirərək onların gülümsəməsi təmin olunub. Nəticə əla olub. Kiçik bir təbəssüm də sizi daha müsbət, az stressli və daha nikbin edəcək.

“Təbəssüm qana ən tez yayılan dərmandır”. Çarli Çaplin

6. Həmişə aktiv olun



Asosial insanlar həyatda daha pessimist, daha mənfi düşüncələrə sahib olurlar. Bəzi şeyləri yalnız əylənmək üçün edin. Həyatın işdən, kariyeradan, uğurdan daha artıq olduğunu anlayın. Bəzən həyat ehtiraslar, hobbi, ailə və dostluqlarla əylənə bilməyin bir hissəsidir.

“Xoşbəxt olmaq üçün bütün ehtiyacımız həvəsli bir şey tapmaqdır. Ancaq rahat və dəbdəbəli həyatın əsas tələbləri kimi davranırıq”. Albert Eynşteyn

7. İdmanla məşğul olun



Həyatınıza pozitivlik qatacaq ən vacib məqamlardan biri də idman və məşqlər olacaq. İdman bədəninizi və zehni sağlamlığınızı qorumağa kömək edən ən təsirli dərmandır. Özünüz üçün hazırlayacağınız bir məşq proqramı ilə həm zehni, həm də fiziki baxımdan inkişaf edə bilərsiniz. Bundan əlavə, idman yaxşı qidalanmağınıza və nizamlı yuxuya kömək edəcək.

Dostlarınızla paylaşın

82 nəfər bəyənib.
Şərhlər: 1
  1. Elnare
    Cox shukur pozitivem ve meni yashadan ele pozitiv olmagimdi

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.