amon

amon İdman 24-08-2021, 18:54

Bu gün üç komanda qrupa vəsiqə qazanacaq

Bu gün üç komanda qrupa vəsiqə qazanacaq
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.

Loading.az xəbər verir ki, ilk oyun günündə qrup mərhələsinə vəsiqə qazanan 3 komandanın adına aydınlıq gələcək.

PSV Niderlandda Portuqaliyanın "Benfika" komandasının müqavimətini qırmağa çalışacaq. "Lüdoqorets" Bolqarıstanda İsveç "Malmö"sü ilə, "Ferentsvaroş" isə Macarıstanda İsveçrə "Yanq Boyz"u ilə üz-üzə gələcək.

Çempionlar Liqası: Pley-off mərhələsi, cavab oyunları
23:00. PSV (Niderland) - Benfica (Portuqaliya) İlk oyun - 1:2
23:00. Ludogorets (Bolqarıstan) - Malmö (İsveç) İlk oyun - 0:2
23:00. Ferentcvaros (Macarıstan) - Young Boys (İsveçrə) İlk oyun - 2:3.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin digər cavab oyunları avqustun 25-də gerçəkləşəcək.
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
7 12 18 11 5 21

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.