n2006

n2006 Məsləhətlər 24-08-2021, 09:26

Gün ərzində enerjili olmağınızı təmin edəcək 6 metod

Gün ərzində enerjili olmağınızı təmin edəcək 6 metod
Səhər yuxudan qalxdıqda etdiyimiz bəzi səhvlər günə enerjili başlamağımıza mane olur, xəstəliklərə gətirib çıxarır. Gün ərzində xoş əhval-ruhiyyəli olmaq üçün bəzi məqamlara diqqət etmək lazımdır.
Təqdim etdiyimiz 6 üsulla günə daha enerjili başlaya və bu enerjinizdən gün ərzində faydalana bilərsiniz.

1. Zəngli saatın siqnalını ertələmək

Gün ərzində enerjili olmağınızı təmin edəcək 6 metod


Daha bir neçə dəqiqə yatmaq üçün ertələnən siqnal vərdiş yaradır. Daha çox yatmaq istəyi oyanarkən orqanizmin balansını pozur.

2. Yatağınızdan tez qalxmayın



Yuxudan tez oyanıb sürətlə ayağa qalxdıqda gecə ərzində sərtləşən əzələlərimiz daha çox təzyiqə məruz qalır, ağrıyır. Bunun nəticəsində bel ağrıları əmələ gələ bilər. Yataqdan qalxarkən dizlərinizi ardıcıllıqla qarnınıza çəkməyiniz əzələlərinizin isinməsinə, qanın bədəninizə yayılmasına, özünüzü daha dayanıqlı hiss etməyinizə kömək edəcək.

3. Əyninizə jilet geyinin



Səhərlər bədən temperaturu otağın temperaturundan yüksək olmalıdır. Xəstələnməmək üçün səhər geyimi və ya jilet geyinin. İnsan xəstələndikdə enerjili ola bilməz.

4. Əvvəlcə dişlərinizi fırçalayın



Yuxudan oyanan kimi su içmək və ya nəsə yemək gecə ərzində ağızda yaranan toksinlərin bağırsaqlara daxil olmasına səbəb olur. Buna görə, əvvəlcə dişlərinizi fırçalayın.

5. Səhər günəşini hiss edin



Mütəxəssislər günə yaxşı başlamaq, depressiyadan uzaq olmaq üçün səhərlər günəş işığını, istiliyini hiss etməyin vacibliyini vurğulayırlar. Oyanan kimi pərdələri açmaq günə pozitiv şəkildə başlamağınıza səbəb olacaq.

6. Yarım saat sonra səhər yeməyi yeyin



Metobalizmanın yaxşı çalışması üçün oyandıqdan yarım saat sonra səhər yeməyi yeyin. Səhər idmanı da faydalıdır, ancaq idmandan əvvəl banan və digər kalorili meyvə yeyin.
Geri
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
8 15 10 8 8 17

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.