amon

amon Mətbəx 18-08-2021, 14:55

Südlü İspanaq Şorbası

Südlü İspanaq Şorbası
İspanaq min bir dərdə dərman bir tərəvəzdir. Saysız-hesabsız faydası olan ispanaqdan ləzzətli şorba hazırlaya bilərsiniz. Üstəlik südlə şorbanın ləzzətinə ləzzət qatacaqsınız. Loading.az dadına doyum olmayan, vitamin deposu südlü ispanaq şorbasının reseptini təqdim edir.

Tərkibi:
700 qr ispanaq
4 stəkan süd
2 xörək qaşığı un
1,5 stəkan su
1 ədəd baş soğan
1 xörək qaşığı zeytun yağı
1 çay qaşığı duz
1 çay qaşığı istiot
yarım çay qaşığı muskat qozu rəndəsi


Hazırlanma qaydası: İlk öncə soğanı xırda doğrayın. Bir tavada soğanı ispanaqla birgə qovurun. Başqa bir tavada yağı və unu qovurun. Unun rəngi qızardıqda az-az südü əlavə edin. Su da əlavə edib ocağa bişməyə qoyun. Üzərinə qovurduğunuz ispanaq əlavə edib hamısınız birlikdə blenderlə əzin. Duz, istiot və miskat qozu rəndəsini də əlavə edib yaxşıca qarışdırın. Ocağın üstündə 5 dəqiqə qaynadıb isti-isti süfrəyə verə bilərsiniz. Şorbaya dad və görünüş vermək üçün bir neçə dilim qızardılmış çörəklə birgə süfrə verin.
Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
23 5 11 23 30 20

Oxşar xəbərlər Digər trend xəbərləri

1 nəfər yazıb Etkadan kənar şərh yazmaq olmaz

  1. Loading azın yetimçəsiyəm

    Miracle 18 avqust 2021 19:45 4

    Bu maraqlıdır Təşəkkür

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.